Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.08.2023  12:27 

Axır ki, Azərbaycan hökuməti hərəkətə keçdi... - Şərh





A+  A-

Azərbaycan hərəkətə keçir. Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinə 40 ton un göndərir. Düşünürəm ki, biz bunu çoxdan etməliydik.

Son günlərdə 2 dəfə “Paraşüt diplomatiyası” adlı bir təkliflə çıxış etmişdim. Yazmışdım ki, ümid edirəm ki, Azərbaycan iqtidarı bu təklifi nəzərdən keçirəcək. Söhbət nədən gedirdi?

Yazmışdım ki, Ermənistanın təkidi ilə baş tutan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Azərbaycana qarşı aparılan sistemli əks-təbliğat kampaniyası öz kulminasiya nöqtəsinə çatdı. Düzdür, ermənilər istəyinə nail ola bilmədi. Belə ki, fövqəladə iclas heç bir sənəd qəbul etmədən başa çatdı. Ancaq fövqəladə iclasından sonra da ermənilər Laçın yolunun dəhliz statusunda açılması üçün apardıqları total təbliğatı davam etdirirlər. Ağdam-Xankəndi yolu haqqında heç eşitmək belə istəmirlər.

Müdafiədə yox, hücumda oynamalıyıq. Necə? Qarabağ ermənilərinin yaşayış məskənlərinə yaxın ərazilərdə Azərbaycan ordusunun nəzarəti altında humanitar yardım mərkəzləri yaratmaq lazımdır. İstənilən Qarabağ ermənisi həmin mərkəzə gəlib istədiyi ərzağı və ya dərmanı ala bilər. Həmçinin stasionar tibbi mərkəzlər quraşdırılmalıdır.

Ermənilərə benzin-yanacaq təklif olunmalıdır. Bu yardım Azərbaycan dövləti adından verilməlidir. Humanitar yardım eyni zamanda yük təyyarələri vasitəsi ilə paraşütlə Qarabağın ermənilər yaşayan ərazisinə səpələnməlidir. Belə əməliyyatlar dünya tarixində dəfələrlə olub. Hətta hazırda Amerikanın ermənipərəst konqresmenləri də bu kimi çağırışlarda bulunurlar ki, Amerika paraşütlə Qarabağ ermənilərinə yardım dağıtsın.

Bunu etməklə Azərbaycan nə qazanacaq? Deyim sizə. Ölkəmiz rəsmi şəkildə elan etməlidir ki, Azərbaycan vətəndaşı olan Qarabağ erməniləri bir ovuc separatçının girovuna çevrilib. Separatçı rejim Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə etməkdən məqsədli şəkildə imtina edir. Çünki bu yoldan istifadə Qarabağdakı separatçı rejimin süqutu deməkdir.

Azərbaycan dövləti faktiki olaraq separatçıların girovuna çevrilmiş vətəndaşlarını azad etmək üçün belə bir əməmliyyata başlayır. Və mümkün olan bütün vasitələrlə Qarabağın erməni sakinlərinin bu və ya digər ehtiyaclarının aradan qaldırılmaq üçün əməli işlər görməkdə qərarlıdır.

Təxminən belə bir interpretasiyada “paraşüt diplomatiyası”na start vermək olar. Axır ki, Azərbaycan hökuməti hərəkətə keçdi...

Ümumiyyətlə, başa düşmək lazımdır ki, söhbət humanitar yardımdam yox, Qarabağın gələcəyindən gedir

Düşməni ideoloji cəhətdən tərk-silah etmək lazımdır. Məncə, bu yolla biz istəyimizə nail ola bilərik. Bir şeyi də unutmayaq. Azərbaycanı müdafiə edən ciddi beynəlxalq qüvvələr var. Onlara da erməni təbliğatına dirəniş göstərmək üçün tutarlı arqumentlər vermək lazımdır. Azərbaycanın Qarabağa 40 ton un göndərməsi, istənilən halda bizim xeyrimizədir. Qoy dünya bir daha şahid olsun ki, “acından qırılırıq” deyən Qarabağ erməniləri Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etmir. Ermənistandan gələn 20 yük maşınının da Ağdam-Xankəndi yolu ilə Qarabağa daxil olmasını istəmir...

Daha bir məqam, Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyən qondarma Qarabağ rəhbərliyinə qarşı hərbi əməliyyat da keçirmək olar. Demək olar ki, separatçılar sıravi Qarabağ ermənilərinə zülm edirlər. Azərbaycan dövləti öz vətəndaşlarını separatçı xuntanın əlindən xilas etmək üçün belə bir əməliyyata başlaya bilər. Ən azı rəsmi Bakının belə bir niyyətdə olduğu elan olunamlıdır...

Elbəyi Həsənli
Sürix


Xəbər 834 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +