Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.08.2023  19:19 

Əliyev son zərbəsinə hazırlaşır!





A+  A-

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində son bir neçə gündə baş verən hadisələr ciddi siyasi prosesin məntiqi nəticəsi olaraq diqqəti çəkir.

Xüsusilə BMT TŞ-nin Ermənistanın tələbi əsasında Qarabağdakı vəziyyətlə bağlı müzakirə aparmasından sonra heç bir qətnamə, hətta bəyanat da qəbul edilməməsi separatçılar üçün “son ümid yerini” də məhv etdi. Bunun ardınca isə Xankəndidəki separatçılar arasında gərginlik açıq müstəviyə keçdi. Separatçılara rəhbərlik etməyə davam edən Araik Arutyunyanın “istefası” ətrafında aparılan müzakirə və təbliğat bu mübarizənin görünən tərəfi idi.

Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan “ən radikal mövqenin” təmsilçisi kimi bütün sərhədləri keçərək, Araikə qarşı açıq çıxış etdi və onu aşağıladı. Bildirdi ki, Araik “istefa” verəcəyini desə də, bu sözü də yalan çıxdı.

Araikin “istefası”nı ertələyən səbəblərdən biri isə “milis qüvvələrinin” rəhbəri Karen Matevosyanın “parlament”ə hücumu, Araikə dəstək verməyi tələb etməsi idi. Matevosyana qarşı Azərbaycan Baş Prokurorluğunun cinayət işi qaldırması Xankəndi şəhərində baş verən “siyasi” qarşıdurmanın silahlı müstəviyə keçəcəyi ehtimalında Azərbaycan Ordusunun fürsətdən dərhal istifadə edib, prosesi nəzarətə götürmək üçün şəhərə girəcəyinin anonsu sayıla bilərdi.

Beləliklə, “loyal” və Bakı ilə “danışıqlar aparılmasının” tərəfdarı kimi çıxış edən Samvel Babayan (əli azərbaycanlıların qanına batıb, “artsax qəhrəmanıdır”), radikal və Rusiya ssenarisinin baş rol ifaçısı Ruben Vardanyan və “istefa” verməyə belə səlahiyyəti çatmayan Araik Arutyunyan qruplaşmaları arasında mübarizədə sonuncu daha “uyğun” yol seçmək qərarı verib. Arutyunyan Matevosyanın silahlı müdaxiləsinin hansı nəticələrə səbəb olacağını hesabladığından, Azərbaycanın tələblərini qismən icra etməkdən başqa yol olmadığını anlamaqdadır.

Buna görə də “iclas” keçirildiyi və Ağdam-Xankəndi yolunun açılmasına razılaşdıqları, o cümlədən erməni icmasının nümayəndələri ilə Bərdədə görüşün mümkünlüyü mesajı verildi.

Bu, İkinci Qarabağ savaşından sonra başlayan siyasi mübarizənin növbəti mərhələsinin başa çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətlə həmlənin uğurudur. Ancaq buna qarşı dərhal Qərbdən də “reaksiyalar” gəlməkdədir:

1. ATƏT-in fəaliyyətdə olan həmsədri Andjey Kaspşik dərhal İrəvana gəldi və Paşinyan da daxil olmaqla, bir sıra görüşlər keçirdi;

2. Fransa XİN rəhbəri Ketrin Kolonna ermənistanlı həmkarı Ararat Mirzoyanla danışdı;

3. Belçika XİN rəhbəri Xədicə Labibi İrəvana səfər etdi...

Hadisələrin indiki anında bu səfərlərin məqsəd və hədəfi aydındır: danışıqlar üçün vaxt qazanmaq, prosesi uzatmaq və “nəfəs” almaq, ermənilərə “mübarizə üçün” stimul vermək, yeni oyunlara hazırlaşmaq.

Azərbaycanın bu anda qəbul etdiyi qərarlar misilsizdir: Fransanın hər kəsə bəlli olan mövqeyini tənqid edən Azərbaycan Kaspşiki Bakıya buraxmadı, bunun ardınca isə Belçika XİN başçısını Prezident İlham Əliyev qəbul etməkdən imtina etdi.

Bu, Azərbaycan dövlətinin müstəqillik tarixində ilk açıq-diplomatik demarş, son dərəcə sərt siyasi gediş və inanılmaz cəsarətlə öz gücünə arxalanan dövlətin böyük qətiyyətidir:

- Azərbaycan artıq ərazi bütövlüyünü azacıq da olsun, şübhə altına alan heç bir şəxsi qəbul etmir və bunu publik şəkildə elan edir;

- Azərbaycan ərazi bütövlüyünü azacıq da olsun, şübhə altına alan heç bir rəsmi nümayəndə ilə danışıqlar aparmır;

- Azərbaycan mandatına uyğun olmayan səfərlərlə regiona müdaxilə etməyə çalışan hər kəsi (hər bir dövləti) bloklayır;

- Azərbaycan siyasi təzyiqlərini bir an da olsun, dayandırıb, mənasız danışıqlara vaxt itirmək istəmədiyini “bağlı qapı arxasında” deyil, açıq şəkildə elan edir.

Bu, olduqca ciddi siyasi proseslərin görünən tərəfidir və ölkəmizin Xankəndidəki separatizmin kökünü ən qısa müddətdə kəsmək iradəsinin bariz nümunəsidir.

Hər şey ölçülüb, nəyin, nə vaxt və necə edildiyini zərgər dəqiqliyi ilə hesablayan İlham Əliyev son diplomatik-siyasi zərbəsinə hazırlaşır.../Axar.az

Xəbər 767 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +