“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


19.08.2023  20:51 

Tərtər işi: Boşanan ailələr, ayrı düşən uşaqlar və gecikmiş bəraət...





A+  A-

Tərtər dəhşətlərilə bağlı ədalətsiz hökm çıxaran hakimlər həm də neçə-neçə ailənin dağılmasının, günü bu gün uşaqların valideynlərindən ayrı yaşamasının səbəbkarı olub.

Deməli, 2017-ci ildə Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla şərlənib, saxta məhkəmə hökmləriylə 20 ilə qədər həbs cəzası kəsilən onlarla hərbçi vardı. 5 il 6 ay keçəndən sonra onlardan 19 nəfərinə bəraət verildi, deyildi ki, bu adamların günahı yox imiş…

Siz bilirsinizmi ki, həmin o 19 nəfərin bir çoxunun ailəsi dağılıb onlar həbsdə olduğu dövrdə? Neçəsinin həyat yoldaşı onlardan boşanıb… Uşaqlarından ayrı yaşayırlar…

Bunun günahkarı təkcə Tərtərdə onlara işgəncə verənlər deyil. Həm də saxta ittihamla cinayət işi başlayanlar, heç bir günahı olmayan adamlar haqqında hökm çıxaranlardır… Təsəvvür edin, o hökmıər sonradan Apellyasiya Məhkəməsi, Ali Məhkəmə səviyyəsində də təsdiqlənmişdi. Bu günə qədər 19 nəfərin həyatını darmadağın edənlərin biri də cəzalandırılmayıb…

Ailəsi dağılanlardan biri mənimlə söhbətində yoldaşının ondan boşanması xəbərini almasını belə xatırlayır: “Məni Ali Məhkəməyə görə aparanda, boksda boşanma xəbərini aldım. Məktubu verdilər. Elə bil, dünyam qaraldı. Bu tərəfdən də mənimlə bağlı Ali Məhkəmə qərarı qüvvədə saxladı. İnanın, elə vəziyyətdə idim ki… Amma şükür Allahın bu gününə ki, hər şey ortaya çıxdı. Təəssüf edirəm ki, məni yarı yolda buraxdı…”

Bəraət alanların bir hissəsi kompensasiya tələbilə məhkəməyə müraciət edib. Onlara 118-123 min manat kompensasiya kəsilib. Hərçənd, Maliyyə Nazirliyi bu qərarlardan apellyasiya şikayəti verib.

Deyirlər ki, heç bir məbləğ onlara dəymiş ziyanı ödəyə bilməz: “Bizim gördüyümüz o dəhşətli işgəncələri, dağılmış ailələrimizi, itirilmiş gəncliyimizi, bəzilərimizin dərddən ölən valideynlərimizi heç bir məbləğlə əvəz eləmək mümkün deyil…”

Aytən Məmmədova
Jurnalist


Xəbər 671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +