Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


18.08.2023  19:28 

Yerlərdə sürünən Lenin...





A+  A-

Dünən Qazaxıstanın Altay vilayətində bir heykəli söküb, aşırıblar. Söhbət milyonlarla insanın (o cümlədən azərbaycanlıların) qanı bahasına tarixin ən qorxunc və qəddar dövlətlərindən birini - keçmiş SSRİ-ni qurmuş bolşevik inqilabçısı Vladimir İliç Leninin heykəlindən gedir.

Əslində qazaxlar bu heykəlləri sökməkdə çox gecikiblər. Elə Mərkəzi Asiyadakı digər cümhuriyyətlər də (Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) bu gorbagorun heykəllərini və büstlərini söküb başa çatdıra bilməyiblər.

Yalnız Özbəkistan digərləri ilə müqayisədə bu məsələdə nisbətən daha çox fəallıq göstərib. Bu ölkənin böyük şəhərlərinin demək olar ki, hamısında Leninin heykəlləri çoxdan demontaj edilib, zibilliyə atılıb.

Postsovet ölkələri arasında Cənubi Qafqaz respublikaları və Baltikyanı ölkələr Leninin heykəllərinin sökülməsi işində liderlik ediblər.

Belə ki, Latviya, Estoniya və Litvada keçmiş proletariat liderinin 200-dən çox heykəli sökülüb. Ermənistan və Gürcüstanda Leninin heç bir abidəsi qalmayıb.

Azərbaycanda isə Leninin yeganə heykəli Qəbələ rayonunun Qəmərvan kəndində qalmaqda idi. Lakin bildiyimə görə 2004-cü ildə onu da götürdülər. Qəmərvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Saleh Bayramov həmin vaxt mətbuata açıqlamasında demişdi ki, "Lenin bizim nəyimizə lazımdır?! Heykəli özümüz dağıtdıq. Heç kim heç bir göstəriş verməmişdi. Biz müstəqil dövlətik, bizə keçmişin qalıqları lazım deyil”.

Bəli, indi müstəqil ölkələrin heç birinə qanlı keçmişin bu cür mənfur qalıqları lazım deyil.

Leninin heykəllərindən totalitar sovet hakimiyyətinin simvolu kimi azad olmağa çalışan ölkələrin arasında Ukrayna da ən fəal ölkələrdən biridir. Belə ki, son illərdə Ukraynada Leninin irili-xırdalı təxminən 1018 ədəd heykəli məhv edilib.

Ukraynalılar keçmiş Sovet İttifaqının süqutunun simvoluna çevrilən gorbagor Leninin heykəllərinin uçurulması prosesinə hətta özünəməxsus bir ad da fikirləşib tapmışdılr:
“Leninopad”. Yəni ki, Leninin heykəllərinin yıxılması... Və yaxud, yıxılan heykəllər...

Leninin heykəllərinin hələ də çoxluq təşkil etdiyi ölkələr isə bunlardır: Rusiya, Belarus və Qazaxıstan.

Rusiyada Leninin təxminən 6 min heykəli və büstü qalmaqdadır. Elə təkcə Moskva şəhərində bu qatil rus inqilabçısının 101 dənə heykəli var. Onun mavzoleyi də hələ də Qırmızı Meydanda qalmaqda davam edir.

Belarusda isə Leninə məxsus 400 abidənin qaldığı bildirilir. Sovet vaxtı isə onların sayı təxminən 700 ədəd olub.

Qazaxıstan hökuməti sovet vaxtı mövcud olan 500 heykəldən təxminən 200-nü söküb. Bu ölkədə Leninin 300-ə yaxın heykəli hələ də qalmaqda davam edir.

Qazaxıstan Leninin heykəllərini sökməkdə qətiyyətsizlik göstərən ən passiv Mərkəzi Asiya ölkəsidir. Qazax hökuməti bu ölkədə rusların çoxluğuna görə sözügedən heykəllərlə bağlı kəskin addımlar atmağa çəkinir.

Lakin sıravi qazaxlar Leninin heykəllərinin işğalçılıq, müstəmləkəçilik simvolu olduğunu yaxşı başa düşürlər. Ona görə də əksər qazaxlar bu heykəllərin demontaj olunub muzeylərə verilməsinin tərəfdarıdır. Gözləyək görək Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev bu heykəlləri tarixin arxivinə göndərməyə cürət edəcəkmi.

P.S. Bu tarixi fotoşəkil isə vaxtilə Azərbaycanın Yevlax şəhərində çəkilib.

Bəybala Mirzəyev

Xəbər 2724 dəfə oxunub.




29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +