“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


18.08.2023  18:52 

“Su yalnız məmurların əkin sahələri üçün verilir“ - Şikayət





A+  A-

Kəngərli rayon sakinləri uzun illərdir ki, içməli və təsərrüfat suyu problemindən əziyyət çəkdiklərini deyirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə onlar “Gündəlik Naxçıvan”a danışıblar.

Onlar buna görə rayon icra hakimiyyətini və kənlərdəki nümayəndəlikləri günahlandırırlar.

Sakinlər bildirirlər ki, əkin suyunu icra hakimiyyətindəki vəzifəlilər və yerli nümayəndə rəhbərləri, bələdiyyə sədrləri mənimsəyib öz sahələrini suvarırlar.

Kəngərli rayonu suvarma suyunu Araz çayı və Şərur rayonundakı Gümüşlü gölündən çəkilən kanal vasitəsi ilə əldə edir. Rayon kəndlərinə su, bu kanala qoyulan nasoslar vasitəsi ilə çatdırılır. Sakinlər deyir ki, əslində bu mənbələr rayonun su problemini artıqlaması ilə qarşılayardı, lakin nasosların əksəriyyəti işləmədiyindən, kanalla gələn su kəndlərə paylanmaq yerinə, Araz çayına axıdılır.

Onlar bildirirlər ki, Arazdakı nasosların isə, demək olar ki, hamısı məmurların əkin sahələri üçün çalışır.
Rayonda əkin suyundan ən çox əziyyət çəkən Qıvraq qəsəbəsi, Şahtaxtı, Xök və Yurdçu kəndlərinin sakinləriridir.

Qıvraq qəsəbə sakini B.M. deyir ki, süni su problemini yaratmaqda məqsəd, kəndliləri əkib-becərməkdən çəkindirməkdir:

“Bizim kənd də daxil olmaqla rayonda çoxlu kəhrizlər var, bundan əlavə kanalla su gəlir. Ancaq bunların heç biri sakinlərə verilmir. İstəyirlər ki, heç kim öz sahəsini əkməsin və məcbur qalıb, bunlara versin. Araşdırma aparılsa, görərlər ki, rayondakı bütün əkinə yaralı sahələri məmurlar əkir. Çünki yerli əhalini bu üsullarla bezdirirlər. Onlar da məcbur qalıb əkmirlər və nəticədə əkin sahələrinə məmurlar yiyələnir. Onlardan biri də icra başçısının müavini Hacı Mehbalıyevdir. Bələdiyyə torpaqlarının çoxunda yonca, buğda, arpa əkdirib. Su oralara gedir. Yerdə qalan suyu da qəsəbənin icra nümayəndəsi kimə istəsə, ona da satır. Saatına 5 manat alırlar, nə qəbz verirlər nə də bir sənəd. Həmin pulu da ciblərinə qoyurlar”.

Şahtaxtı sakinləri isə deyirlər ki, ən çox yeraltı su mənbələri bu kənddədir. Kənd sakinlərindən Q.Ə. deyir ki, yarıtmaz idarəçilik səbəbindən kənddə içməli və təsərrüfat suyu tapılmır:

“Sovet vaxtı kənddə böyük daş karxansı var idi. Bir müddət işlədikdən sonra, ekspertlər yoxladı və dedilər ki, bu kəndin altı su dəryasıdır, artıq qazıntı aparmaq olmaz. Bu səbəbdən karxananın fəaliyyəti dayandırıldı. Yaxşı idarəçilik olsa, qazıb bu suyu çıxarmaq olar və bununla da kəndin bütün su problemi həll olunar.

Ancaq kəndin icra nümayəndəsi Səftər Qazıbəyov nəinki bu işə baş qoşur, əksinə, təbii kəhrizlərin suyunu da 5-10 nəfərə satıb, kəndi susuz qoyub. Çox demirəm, 3-4 artezian qazılsa, kənddə suyu olmayan həyət qalmayacaq. Bunlar ancaq öz ciblərini düşünürlər. Əslində, təkcə bizim kənd deyil, rayonun əksər kəndləri bu vəziyyətdədir”.

Kəngərli Rayon İcra Hakimiyyətindən sakinlərin iddialarına münasibət öyrənmək mümkün olmayıb.

Xəbər 672 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +