“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


18.08.2023  10:24 

Türkiyədən Azərbaycana solçu hücumu.... Onlar kimdir?





A+  A-

Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisi Azərbaycan əleyhinə bəyanat verib. Bəyanat “Gercek news” saytında dərc olunub. Bəyanatda “Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, guya "bölgənin ağır humanitar böhran ərəfəsində olduğu" göstərilib. Burada hətta ermənilərə hansısa “soyqırım” siyasətindən bəhs olunur. Bəyanatın sonunda BMT-dən Azərbaycana qarşı sanksiya tətbiq etmək, hətta hava yolu ilə humanitar dəhliz açmaq tələb olunub.

Bəyanatı imzalayanlar (qoy Azərbaycan xalqı da onları yadda saxlasın): Abdullah Demirbaş, Abdulhakim Daş, Adnan Canguder, Adnan Çelik, Ahmet Aykaş, Ahmet Konuk, Akın Atauz, Akın Birdal, Alev Er, Aleks Koskeryan, Ali Gokkaya, Ari Günter, Asli Erdoğan, Attila Tuygan, Ayşe Hür, Ayşe Yıldırım, Ayşegül Devecioğlu, Baskın Oran, Bayram Kaya, Celal Baslangıc, Cengiz Aktar, Cengiz Arin, Denis Dreisbusch, Doğan Ozgüden, Emrah Cilasun, Erdal Doğan, Erdogan Kahyaoğlu, Eren Keskin, Ergün Babahan, Erol Ercan, Eser Budak, Esra Müngan, Fatime Akalın, Fikret Başkaya, Garo Kaprielyan, Gencay Gürsoy, Güngör Şenkal, Gürhan Ertur, Hacer Ansal, Hasan Burgucuoğlu, Hatice Yıldız, Hıdır Çelik, Hovsep Hayreni, Huseyin Habip Taşkın, Ibrahim Seven, Inan Gedik, Inci Tuğsavul, Ira Tzourou, Kemal Bilget, Kemal Hür, Kemal Yalçın, Kenan Yenice, Mahmut Konuk, Mehmet Ali Balta, Nafiz Özbek, Necati Abay, Nedim Kibar, Nesim Ovadya Izrail, Nesrin Nas, Nevzat Onaran, Nurcan Baysal, Nurten Kırmızıgül, Okan Kücükersan, Osman Okkan, Oya Baydar, Omer Faruk Gergerlioğlu, Omer Madra, Racho Donef, Ragip Duran, Ragip Zarakolu, Ramazan Gezgin, Recep Marasli, Sait Cetinoğlu, Sait Oral, Selahattin Kocak, Selay Ertem, Selma Kociva, Serdar Kocman, Sibel Yiğittekin, Saban Iba, Sakir Bilgin, Samil Altan, Sanar Yurdatapan, Sukriye Ercan, Taner Akcam, Ülkü Çevik, Viktorya Ciprut, Yalçın Ergündoğan, Yasemin Gedik, Yaşar Küçükaslan, Yavuz Aydın, Yavuz Baydar, Yetvart Danzikyan, Yıldız Aydin, Yusuf Köse, Zarife Atik, Ziya Ozder.

Qeyd edək ki, imza atanlar arasında erməni soyadları diqqəti cəlb edir. Təbii ki, “erməni harada olursa-olsun, yenə ermənidir” misalını xatırlamamaq mümkün deyil. Amma onların içində özünə “aydın” deyən, işi, gücü Türkiyə dövlətini də beynəlxalq aləmdə şikayət edən, milli dəyərləri heçə sayan başqa şəxslər də var. Bəziləri PKK terror təşkilatının siyasi qanadı sayılan partiyanın üzvləridir.

Onların heç biri bölgəyə səfər edib hadisələri olduğu kimi görməyib. Qarabağda ermənilərin törətdikləri vəhşiliklər haqqında isə “müdrikcəsinə” susublar. Yəni onların bu bəyanatı qətiyyən insan haqlarının müdafiəsi ilə bağlı deyil, sırf Azərbaycan və Türkiyə əleyhinə olsun deyə imzalanmış kağız parçasıdır.

Bəs bunlar kimlərdir, nə yeyir, nə içirlər ki, qardaş məmləkətdən Azərbaycana rahatca dil uzadır, ağızlarına gələni yazırlar? Türkiyə xüsusi xidməti onları nəzarətdə saxlayırmı? Məsuliyyətə cəlb olunacaqlarmı?

Toğrul İsmayıl: “Bunlar Türkiyə cəmiyyətinə ciddi təsir göstərən adamlar deyildir, ona görə də...”

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Türkiyədə bu cür məsələlərlə hər gün qarşı-qarşıya gəlirik: “HDP başqanını belə mən canlı TV-də tənqid etmişdim. Bunlar var, Türkiyə demokratik ölkədir. Hər kəs də ağzına gələni söyləyə bilir. Burada türk düşməni, obyektiv olmayan, həm Türkiyə, həm Azərbaycana qarşı, Azərbaycan-Türkiyə yaxınlaşmasına rahatsız olan güclər mövcuddur. Etnik məsələyə toxunmazdım. Çünki Türkiyə normal bir ölkədir. Erməni əsilli vətəndaşlar da var. Bu cür insanlar yalnız yazı yazmırlar, bizim orada normal yaşamağımıza da təsir edirlər, əngəlləyirlər, əleyhimizə yazılar yazırlar, hədəf göstərirlər.

Misal üçün, HDP məni hədəf göstərir. Sol qruplar bizi sevmir. Bizim ən zəif nöqtəmiz təəssüf ki, diaspora olaraq fəaliyyətimizlə bağlıdır. Diaspora olaraq da yox. Bəlkə də fərdi olaraq, alim kimi, ictimai xadim, akademik kimi çox şey edirik, amma bir araya gələ bilməməyimiz bu məsələnin ən zəif nöqtəsidir. Orada yaşayan Azərbaycan əsilli soydaşlarımız var. Sonradan köçənləri nəzərdə tuturam, aktiv olması gözlənilənlər heç nə edə bilmirlər. Böyük elçiliyimizin fəaliyyəti çox yaxşıdır. Diaspora Komitəmizin fəaliyyəti də məqbuldur.

Türkiyədə fəaliyyət göstərmək çətindir, bunu açıq demək lazımdır. Amma diasporu təmsil edən insanların fəaliyyətində təəssüf ki, əskiklik var. Biz gücümüzü birləşdirə bilmirik. Bu səbəbdən fərdi fəaliyyətlər Azərbaycanda daha çox önə çıxır. Vaxtilə Ankara Universitetində qurultay keçirirdilər, qurultaya müdaxilə edə bilməzsən, çünki konfransı ermənilər keçirirdi. Biz müdaxilə etmədik, qayda-qanuna görə. Amma onun yerinə çox gözəl bəyanatlar verdik, konqresin əhəmiyyətini sıfıra endirə bildik. İndi qarşılıqlı konqres keçirə bilmirik.

Öz adıma deyirəm ki, bu məsələni daha da ciddiləşdirməyə çalışacağıq. Bu kimi hallara qarşı cavab verməyə çalışacağıq. Düzdür, biz mətbuat vasitəsilə xəbərdarlıqlar edirik. Eyni zamanda alimlər çərçivəsində də cavab verməyimizdə fayda var. Ümumiyyətlə isə Türkiyə demokratik ölkə olduğu üçün belə halların olması gözləniləndir. Bəzi güclər bundan faydalanırlar. Açığını söyləyim, Türkiyə cəmiyyətinə ciddi təsir göstərən amil deyil. Sadəcə, bunlar kimlərdir, öyrənmiş olduq".

Ramiyə Məmmədova: “Türkiyənin daxilində olan ”balta"lardır, ölkənin gələcəyini, sərbəst siyasətini qəbul etmək istəmirlər"

Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova da “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirdi. Dedi ki, Türkiyə siyasəti birşaxəli siyasət deyil: “Türkiyədə sağçılar və solçular arasında bölgü gedir. Ərdoğan başqa olaraq sağçılar Azərbaycan tərəfdə duran siyasətçilərdir. Lakin solçular CHP, HDP, Kemalistlər, Fetoçu, PKK-çı zehniyyətli insanlardır. Həm Türkiyə Milli Məclisində, partiyalarda, iş adamları içərisində təmsil olunanlar arasında həddən artıq erməni əsilli insanlar var. Bunların hər biri Türkiyənin vətəndaşı olaraq illərdir Türkiyənin zəngin insanları kimi sayılırlar. Seçkilər zamanı da solçuların çıxışlarında gördük ki, erməni millətinə daha çox dəstək verirlər.

Azərbaycanın Türkiyə ilə arasındakı münasibət heç zaman bu qədər isti olmayıb. Bu insanlar Türkiyənin daxilində olan “balta”lardır ki, Türkiyənin gələcəyini, sərbəst siyasətini qəbul etmək istəmirlər. Bu zehniyyətdə olan insanlar, sadəcə olaraq, maddi durumlarını düzəltmək üçün, maddi qaynaqlardan istifadə etmək üçün belə addımları atırlar. 97 qəzetçi, elm adamı, tanınmış iş adamları var ki, bunların içində HDP-çini də, erməni əsilli olanı da tapa bilərsiniz. Hər biri solçu olaraq birləşib Türkiyənin daxilində iğtişaş yaratmaqla məşğuldurlar. Azərbaycana qarşı belə bəyanatlar vermək, Türkiyəyə qarşı verilən bir bəyanatdır. Bunlar Türkiyənin içində olan baltalardır ki, Türkiyənin bu gün yüksəlməsini istəmirlər, Amerikanın, Qərbin əlinin altına keçirmək üçün can qoyurlar.

Solçu zehniyyəti bizimki ilə uyğun gəlmir. Onlar oyun oynamağı sevirlər. Türkiyə özü də anlayır ki, bu, yalan məlumatlardır, yəqin ki cavab veriləcək. BMT-nin dünənki iclasında da gördük ki, Qarabağ, Xankəndi Azərbaycan torpağı kimi qeyd olundu. Azərbaycanın bu gün yürütdüyü siyasət doğrudur. Azərbaycan kimsənin torpağına girmir, öz ərazi bütövlüyünü qoruyur, öz əhalisinin qayğısına qalır. Bu insanlar məsuliyyətə cəlb olunmalıdır. Biz bunu Türkiyədən qardaş dövlət olaraq tələb edə bilmirik. Bunu yumşaq şəkildə edə bilərik. Təbii ki, dövlət başçısı başa düşür. Xüsusi xidmət orqanları da yəqin ki, bununla bağlı mövqe bildirəcəklər".



Xəbər 1370 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +