Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


03.08.2023  11:07 

Qurban Qurbanov yenə hədəfdə...





A+  A-

“Qurban Qurbanovun tənqid olunması tam normaldır. Amma baxır tənqidə. Bir var tənqid reallığa əsaslansın, bir də var ki, qeyri-sağlam düşüncəyə”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.

O, ötən gün baş tutan “Qarabağ” 1:1 “Rakuv” komandalarının oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova edilən tənqidlərdən söz açıb.

“Nə baş verib? “Qarabağ” Çempionlar Liqasında Polşa klubuna məğlub olub. Burada qeyri-adi nə var? Polşa klubuna uduzan İngiltərə çempionudur? Bəlkə Niderland, Portuqaliya, Türkiyə çempionudur? “Qarabağ” Azərbaycan çempionudur. Dünənə qədər çempionatında 8 komanda çıxış edirdi, oyunların 90 faizi Bakıda keçirilirdi. Məntiq budur. “Qarabağ” Polşa çempionuna məğlub olub, amma mən əminəm ki, yenə də avrokubokların qrup mərhələsində olacaq.

Yüksək reytinqə görə avrokubokların qrup mərhələsinə birbaşa vəsiqə əldə edən nəhəngləri qoyaq bir tərəfə, Avropada başqa elə bir klub yoxdur ki, mübarizəyə ilk mərhələdən başlayır və 10 il sərasər qrupa düşür. Buna deyirik tükənmək? Budur məntiq? Yaxşı, deyək ki, Qurban Qurbanov tükənib. Belə çıxır ki, onun yerini başqa birisi tutsa, “Qarabağ” hər il Çempionlar Liqasını qrupunda olacaq?”, – N. Muxtarlı söyləyib.

O, söyləyib ki, “Qarabağ”da təhlükəli heç nə baş vermir:

“Sadəcə nəsil dəyişməsi gerçəkləşdirilir. Qara Qarayev, Ozobiç, Maksim kimi futbolçuların missiyası başa çatıb. Qurban yeni komanda qurur. Yeni komanda qurulanda “Barcelona”, “Bayern” kimi nəhənglərdə də axsamalar olur. Futbol, televizor qarşısında oturub çay içə-içə “vur, vur” deyil. Futbol elmdir, texnologiyadır. Və Azərbaycan bu elmdə, texnologiyada çoxundan geridir. Bunun günahı isə Qurbanda deyil. AFFA-nı heç kim tənqid etmir, digər klubların biabırçı çıxışı kimsənin gözünə görünmür, hamı hər şeyi Qurbandan tələb edir. Polşa çempionuna məğlub olanda da “getməlidir” deyirlər. Bunlar o şəxslərdir ki, Azərbaycan komandaları 10 il əvvəl Moldova klublarına böyük hesabla məğlub olmadıqda sevinirdilər. Onları belə böyük edən “Polşa çempionuna məğlub olmaq faciədir” düşüncəsinə yüksəldən kim olub? Qurban Qurbanov. Öz günahıdır Qurbanın. Çəkəcək, bu günahı da çəkəcək. Yəni məntiqsiz tənqidlərə də dözəcək, öz işini görəcək, 2 ildən sonra yenilənmiş “Qarabağ” daha güclü olacaq.

Müsahibimiz bildirib ki, tənqidlər isə həmişə olacaq:

“Məntiqli tənqid mütləq lazımdır, inkişaf üçün. Əsassız tənqid isə cahillərin “silahı”dır. Qurban Qurbanov tənqid olunanda Azərbaycan futbolunun reallığı, ümumiyyətlə, Azərbaycanın reallığı nəzərə alınmalıdır. Məşhur kardioloq Üzeyir Rəhimov, “Neftçi” ötən il avrokuboklarda biabır olanda cəmiyyətin qəzəbini görüb təxminən belə yazmışdı: “Neftçi”nin biabırçılığına niyə qəzəblənirsiniz? “Neftçi” bizik, bizim cəmiyyətdir, təhsilimizdir, səhiyyəmizdir. Anormal olan “Qarabağ”dır. Belə cəmiyyətdə “Qarabağ” olmamalıdır”. İndi nə edək, Qurbanı qovaq “anormal “Qarabağ” da cəmiyyətimizə oxşasın? Messi gedəndən sonra “Barcelona” avrokuboklarda biabırçılıq yaşayır. Komanda yenidən qurulur. Bunun üçün “Barça” kimi kluba ən azı 2 il vaxt lazım gəlir. 10 ildən yuxarıdır sabit olan “Qarabağ”da da yenilənmə gedir. Çempionlar Liqasında olmayacağıq bu mövsüm, amma avrokubokların qrupunda mütləq olacağıq. Təşvişə ehtiyac yoxdur. Cəmiyyətimizdə “anormal “Qarabağ” yaradan Qurbanı tənqid edək, amma baltalamayaq. Yoxsa o “anormal “Qarabağ” da olmayacaq”.

Xəbər 3114 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +