Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


03.08.2023  09:34 

Separatizm məsələsində Qərb bizə ağıl verə bilməz...





A+  A-

Axır ki, İlham Əliyev mən deyənlərin bir hissəsini dilə gətirdi. Mən dəfələrlə Avropanın bu və ya digər ölkəsində, bütövlükdə Avropada, Kanada və ABŞ-da mövcud olan separatçı hərəkatlar haqqında yazmışam. Fransanın və Avropa İttifaqının separatçı bölgələrinin xəritəsini təqdim etmişəm. Və demişəm ki, separatizm təkcə Azərbaycanın problemi deyil. Qərb separatizmə dəstək versə, özü darmadağın olar. Zatən özləri də bunu etiraf edirlər.

Məsələn, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel özü katalondur. Amma Fransada və İspaniyada vahid Kataloniya uğrunda gedən mübarizəyə qarşı çıxır. Bunun onunla əsaslandırır ki, separatçıların hər hansı bir uğuru Avropada domino effekti doğura bilər. Yəni Avropa Birliyi gorbagor ola bilər. Bu məsələdə heç bir şişirtmə və ya mübaliğə yoxdur. Sadə reallıq belədir...

Məsələn, Şarl de Qoll Fransa prezidenti kimi 1967-ci ilin iyul ayında Kanadanın Montreal, “Expo 67” sərgisində çıxışı zamanı yerli separatçıları ruhlandıran ifadələr işlətdi: “"Vive le Québec libre! Vive le Canada français! Et vive la France!" (Yaşasın Kvebek. Yaşasın fransız Kanadası və yaşasın Fransa!). Anqlo-saksonlar bu çıxışa görə Şarl de Qollu itin gününə qoydular. Adam sonda üzr istəməyə məcbur oldu. ABŞ, Kanada və Böyük Britaniya Fransadakı separatçı bölgələrə dəstək verə biləcəklərinə eyham vurdular...

Sözümün canı o ki, Qərbin separatizmlə bağlı problemləri bizdən qat-qat çoxdur. Ona görə də separatizmə görə Qərbin qabağında qaçmaq qətiyyən olmaz. Əksinə, bu məsələdə Qərbin üstünə getmək lazımdır. Mən də bu barədə dəfələrlə yazmışam. Yazmışam ki, İlham Əliyev bu kimi faktları ən ali kürsülərdən səsləndirməlidir. Şükür ki, axırda cənab prezident dilə gəldi.

Əlbəttə, İlham Əliyev mənim yazdığıma görə bu məsələyə toxunmayıb. Dünyada olan reallıqları cənab prezident incəliyinə kimi bilir. Mənim baxışıma görə, cənab prezident bu məsələni xeyli əvvəl qabartmalıydı...

İstənilən halda İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəsi ürəyimcə oldu. Xüsusi ilə bu hissə: “Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcək”.

Separatizm məsələsində Qərb bizə ağıl verə bilməz. Mən ona da əminəm ki, dini, irqi və etnik azlıqlara münasibət baxımından da Azərbaycan son dərəcə tolerant ölkədir.
Hə, Qərb Azərbaycana deyə bilər ki, siz seçkini saxtalaşdırırsız, medianız total şəkildə hakim ailənin nəzarəti altındadır, ölkədə insanlar siyasi baxışlarına görə təqib olunur, siyasi fəalları şərləyib həbs edirlər və s. Bunlar təbii ki, önəmli məsələlərdir. Təəssüf ki, bu kimi məsələlərdə Azərbaycan Afrikanın banan ölkələri ilə bir sıradadır...

Elbəyi Həsənli
Sürix


Xəbər 495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +