Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


01.08.2023  13:25 

Çoxdan ölmüş adam...





A+  A-

Onu “qiyamçı polkovnik” adı ilə ilk dəfə Rusiya televiziyaları təqdim etdilər və Azərbaycanda baş qaldıran dövlət çevrilişi barədə sevincək xəbərlər yaydılar. Bunun özü Azərbaycanın kürəyindən vurulan zərbənin haradan qaynaqlandığına dair aydın təsəvvür yaradırdı...

Əslində, heç Sürət Hüseynova “qiyamçı polkovnik” adı da yaraşmırdı, çünki nə qiyamçı kimi qiyamçı, nə də polkovnik kimi polkovnik idi...

Tarix saysız-hesabsız qiyamlar və qiyamçılar görüb. Onların içində ədalətsizi, dağıdıcısı, amansızı da, ədalətlisi, mərhəmətlisi, xeyirlisi də olub. Ancaq bunların arasında ən ziyanlısı kənardan sifariş və idarə olunanı, heç bir ideologiyası, dəyərləri, məfkurəsi olmayanıdır ki, onlar da adətən kimlərinsə maşaları olan dayaz, təsadüfi, naşı adamlar tərəfindən həyata keçirilir. Sürət Hüseynovun özü də, qiyamı da belələrindən idi...

Baş tutan qiyama görə Baş nazir postu, Baş tutmayan qiyama görə isə həbsxana qazanan S.Hüseynov sonradan hansısa əməlinə görə peşman olubsa da belə, bu, hələ kövrək addımlarını atan və Azərbaycana pis-yaxşı demokratik gələcək ümidləri verən zəif bir hakimiyyəti devirdiyi üçün yox, öz çirkin missiyasını sonadək yerinə yetirə bilməməsi, öz səhvlərinə görə həbsə düşməsi ilə bağlı idi. Çünki onun törətdiyi əməllərin tarixi yükünü, ziyanını dərk edəcək nə intellekti, nə anlayışı, nə də məfkurəsi olub...

Bəs, həmin dövrün Azərbaycanı üçün qiyam, çevriliş qaçılmaz idimi? Yəqin ki, yox. Lakin həmin cəmiyyət belə bir biabırçılığa layiq olmadığı kimi, məlum dairələrin silahlandırdığı savadsız, işbaz bir pambıq zavodu direktorunun devirə biləcəyi zəif, qətiyyətsiz, öz missiyasını sonadək dərk və müdafiə edə bilməyən hakimiyyətə də layiq deyildi. Bu ziddiyyətli, qeyri-müəyyən durumun nəylə nəticələndiyi, nəyə gətirib çıxardığını isə hamımız gördük, hərəmiz bir cür qiymətləndirdik və hələ də qiymətləndirməkdə davam edirik...

S.Hüseynovun ölüm xəbərini əksər saytlar, qəzetlər, sosial şəbəkə istifadəçiləri “Sürət Hüseynov öldü” kimi təqdim etdi və heç olmasa “vəfat etdi” ifadəsini də ona qıymadı. Bir insana bundan açıq, bundan aydın və birmənalı dəyər vermək mümkün deyil...

Onun nə tərəfdarı, nə “əqidədaşı”, nə pərəstişkarı vardı. O, öz yaxınlarından, qohum-əqrəbasından başqa heç kimə lazım deyildi, hətta vaxtilə ona “çörək verən” deyən “taxtabaşlara” da. Bu adam bu millət üçün zatən çoxdan ölmüşdü. Dünənki fiziki ölümü isə onu sanki bir neçə saatlıq, bəlkə də bir neçə günlük yenidən diriltdi, yada saldı və yenidən öldürdü...

İstəsək də, istəməsək də tarix kitablarında “Azərbaycanın Baş nazirləri” bölməsində onun da adı olacaq. Ancaq bu ad, quru, boz bir mahiyyətdən başqa heç nə daşımayacaq, heç nə deməyəcək...

Beləliklə, bu adam “çörək verən” zavod direktorluğundan hikkəsi, ədası, iddiası boyundan böyük “qiyamçıya”, Baş nazirliyə, oradansa məhbusluğa, yenidən işbazlığa və ən nəhayətdə Moskva-İstanbul reysinin yoldaca canını tapşıran tənha, sahibsiz, yiyəsiz xəstə sərnişininə qədər yol keçdi. Amma yəqin ki, bir az dözməsi, gözləməsi, yataqda ikən xalqın böyük əksəriyyətinin ona olan münasibətini bir daha hiss etməsi gərək idi: haradan gəlib, haraya getdiyini görməsi, anlaması üçün...

Azpolitika.info

Xəbər 465 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +