Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


05.07.2023  12:45 

“Hüquq“ MTK-dan 17 dəfə şikayət etmişəm, nəticə yoxdur“





A+  A-

Azərbaycanın mənzil tikintisi sahəsində boşluqlar və özbaşınalıqlar saysız-hesabsızdır. Rəsmi qurumlar tərəfindən ciddi tədbirlər görüləcəyi barədə tez-tez məlumatlar verilməsinə baxmayaraq, tikinti şirkətləri və MTK-lar tərəfindən sakinlərdən sayğaclara görə qanunsuz ödənişlərin yığılması, onların aldadılması, işlərin natamam görülməsi (tikinti norma və qaydalarına əməl edilmir) və s. kimi problemlər davam edir.

Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili ilə binaların tikinti şirkətlərinin nəzarətindən çıxacağı gözlənilsə də, mexanizm effektli olmadı. Bakıda əksər binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri faktiki olaraq tikinti şirkətlərinin və ya mənzil tikinti kooperativlərinin (MTK) nəzarətindədir, sakinlərin ödədiyi kommunal haqların necə xərcləndiyinin hesabatı verilmir.

18 MƏRTƏBƏLİ BİNADA LİFT ÇƏTİNLİYİ

Bakıda bir yaşayış kompleksi var ki, 20 ilə yaxındır istifadəyə verilsə də əsas lifti istifadəyə verilməyib. Binanın yuxarı mərtəbələrində yaşayan sakinlər həyətə düşmək və mənzilə qayıtmaq lazım gələdikdə zülüm çəkirlər.

Söhbət Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 38 ünvanında yerləşən və "Hüquq" MTK-nın çoxdan inşa etdiyi yaşayış kompleksindən gedir. Kompleksin 18 mərtəbəli C1 girişində yaşayan Osmanov Yunis Xalid oğlu sakinlər adından Marja-ya müraciətində bildirib ki, rəsmi qurumlara 17 dəfə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi yoxdur:

"Mən təxminən 15 ildir bu binada yaşayıram. C1 girişində iki lift nəzərdə tutulsa da yardımçı lift işləyir, əsas lift istifadəyə verilməyib. 18 mərtəbəli bir bina üçün kiçik bir lift kifayət etmir, düşüb qalxmaqda çox əziyyət çəkirik. Burada 30 ailənin 100-dən çox üzvü yaşayır. Əsas liftin işləməməsi barədə çoxsaylı müraciətlərimizin nəticəsi yoxdur. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanından sonra bu binadakı qüsurlardan bəziləri aradan qaldırıldı, amma tam şəkildə deyil, hazırda bir sıra problemlər qalmaqdadır, əksər sakinlər çıxarış (kupça) ala bilmirlər".

MKT DÖVLƏT AGENTLİYİNİN TƏLƏBİNƏ ƏMƏL ETMƏYİB

2022-ci ildə Osmanov Yunisin müraciətlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən verilən cavablarda bildirilir ki, həqiqətən "Hüquq" MKT tərəfindən inşa edilmiş binanın C1 girişində 2-ci liftin istismara verilmədiyi, qüsurlar olduğu aşkar edilib. Agentlik tərəfindən 15 gün ərzində nöqsanın aradan qaldırılması və liftin istismara verilməsi barədə "Hüquq" MKT-nın rəhbərliyindən tələb olunub.Həmin tələblərdən xeyli vaxt keçməsinə baxmayaraq "Hüquq" MKT liftin istifadəyə verilməsini təmin etməyib.

"Bir sıra vəzifəli şəxslər öz vəzifələrini düzgün və ya ciddi icra etmirlər. Tikinti şirkəti göstərişləri və tələbləri yerinə yetirmir. Bəs vəzifəli şəxslər müraciətlərə laqeyd yanaşdıqda vətəndaş nə etsin?!", - Yunis Osmanov deyib.

Əlavə edək ki, mətbuatda çıxan məlumata görə, "Hüquq" Mənzil-Tikinti Kooperativi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məhkəməyə verilib.

Sakinlərin müraciətilə əlaqədar "Hüquq" MKT ilə əlaqə saxlamağa cəhd etdik. MTK-da soğumuza və telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər 812 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +