Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


03.05.2023  11:23 

Hikmət Cavadov parlament sədrinin müşaviri təyin olundu





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynada yüksək vəzifəyə təyin olunub.

XəzərNews.az xəbər verir ki, Hikmət Cavadov Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə orta məktəbi, daha sonra isə Bakı Dövlət İniversitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.

Ali təhsil aldığı dövrdə fakültənin tələbə həmkarlar təşkilatının sədri, fakültə elmi şurasının üzvü olub.

Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretskiy adına Dövlət və Hüquq İntitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini alıb.

Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir.

Elmi işlərlə yanaşı ictimai fəaliyyətlə məşğul olan H.Cavadov 2010-cu ildən Kiyev şəhərində nəşr edilən “Azərbaycanın sözü” qəzetinin baş redaktorudur. Həmçinin, beynəlxalq əlaqələrə həsr olunmuş 2 sənədli filmin, 1 kitabın və diaspor məktəbləri üçün nəzərdə tutulmuş dərsliyin layihə rəhbəri olub. Həmin filmlər arasında “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində ərsəyə gətirilmiş və Xocalı faciəsinə həsr olunmuş “Cəhənnəmi görmüş pilot” filmi, həmçinin “Böyüməmiş uşaqlar” adlı teatr tamaşası da var.

2005-2012-ci illərdə Ukraynada "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının rəhbəri olub, 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu adlı ümumukrayna ictimai təşkilatının sədridir.

2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukraynada diaspor mərkəzinin baş koordinatoru vəzifəsini icra edib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Hazırda Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun katibi vəzifəsini icra edir.

H.Cavadov Azərbaycan – Ukrayna əlaqələrinə həsr olunmuş dörd beynəlxalq forumun koordinatoru və spikeri olub.

Ukraynada yaşayan soydaşlarımızın hüquqlarını qoruyan "Hüquq klinikası"nı təsisçisidir.
İkinci Qarabağ müharibəsi zamanı hazırlanan "Diaspor marşı" layihəsinin müəllifidir.

H.Cavadov beynəlxalq və Ukrayna ictimaiyyətinə Ermənistan – Azərbaycan, Rusiya – Ukrayna hərbi münaqişələrinin həqiqətlərini çatdırmaq baxımdan informasiya müharibəsində də yaxından iştirak edir.

H.Cavadov Ukrayna vətəndaşıdır.

Evlidir, 3 övladı var.

Xəbər 1215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +