Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.03.2023  11:46 

Deputatlar silah gəzdirə bilərlər: Qanun nə deyir?





A+  A-

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub. Hər kəsi düşündürən məsələ odur ki, hədəf yalnız Fazil Mustafa idi, yoxsa digər deputatların da həyatları təhlükədədir? Ümumiyyətlə deputatlara təhlükəsizlik üçün silah verilə bilər?

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev Oxu.az-a bildirib ki, Milli Məclis deputatın təhlükəsizliyi qorumalıdır.

Onun sözlərinə görə, hətta deputatın istəyindən asılı olaraq, ona cangüdən təhkim edilə, eləcə də müəyyən dövr üçün silah da verilə bilər:

“Amma bu deputatın öz seçimindən asılıdır, istəyindən asılı olaraq qəbul edə və ya etməyə bilər. İstənilən halda, mən hesab edirəm ki, Milli Məclis daha önəmli qərar qəbul etməlidir. Bütövlükdə qanunsuz silah gəzdirmə, silah saxlama ilə bağlı Cinayət Məcəlləsindəki maddələr, sanksiyalar sərtləşdirilməlidir. Polis də axtarışlarını ciddi şəkildə aparmalıdır. Çünki həm hipermarketə, həm də deputata hücum avtomatla törədilirsə, bu, adi hadisə deyil.

Başa düşə bilmirəm ki, insanlar hansı məqsəd ilə avtomat alıb saxlamalıdır evdə? Bu mənada hesab edirəm ki, biz o silah saxlamaq və gəzdirməyə qarşı sanksiyaları daha da ciddiləşdirməliyik, qanunlar sərtləşdirilməlidir.

Bu ərəfələrdə ayıq-sayıqlığı artırmaq üçün müxtəlif mümkün bütün yollardan istifadə etməliyik”.

Bəs deputatlar silah gəzdirə bilərlər? Bu məsələdə qanun nə deyir?

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-1. maddəsində deputatın təhlükəsizliyi ilə bağlı belə bir bənd var:

“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.

Xəbər 460 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +