Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


13.03.2023  13:23 

İran məhsulları Rusiyada Azərbaycanı mallarını sıxışdırır?





A+  A-

Astara rayonunun "Sitrus" bazarında fermerlər naringi, limon kimi məhsullarını sata bilmədiklərindən gileylənirdilər. Bazarın girəcəyində iki nəfər qiymət üstündə çək-çevir edirdi. Alıcı naringinin bir kiloqramını 30 qəpiyə almaq istəyir, satıcı isə ondan heç olmasa 5 qəpik də artırmasını xahiş edirdi. Sonda razılaşırlar.

"Bankdan kredit götürmüşəm, nə ilə verim?"

Adının çəkilməsini istəməyən satıcı deyir ki, 20 ton naringi tədarük edib. Amma onun sözlərinə görə, məhsulun cəmi 5-6 tonunu saxlamağa yeri var: "Qalanını harada saxlayım? Anbara vurduğum məhsulun yarısı da çürüyüb. Məhsulun bir kiloqramı 25-30 qəpiyə başa gəlib. İl ərzində ağaclara qulluq edirik, sonda da belə. Bankdan kredit götürmüşəm, nə ilə verim? Burada naringi emalı sexi açmaq olmazmı? Elə fermerlər var ki, məhsulu ağacdan dərməyib. Nə üçün dərsin, hara aparsın? Dərib saxlamaq ondan da təhlükəlidir".

"Heç maşının yanacaq pulu çıxmır"

Bazarda alıcı elə də çox deyil. Fermerlər deyir ki, bazara gələn alıcı da az miqdarda məhsul alır. "Niva" markalı maşınla satışa məhsul gətirən Astara rayonunun Marzəsə kənd sakini Bəxtiyar Nurəliyev deyir ki, bazardan onların kəndinə 12-13 kilometrdir: "Dağlıq ərazidir. Kənddə təbii qaz yoxdur. İşıq fasilələrlə verilir. Yol bərbaddır. Kənddə olan təsərrüfatların hamısı naringi, limon ağacları əkib. Keçən il məhsullarımızı sata bildik. Bu il vəziyyət yaxşı deyil. Gəlmişik bazara, 1-2 kiloqram satıb geri qayıdırıq. Heç maşının yanacaq pulu çıxmır. Kəndimiz ucqar yerdə olduğuna görə diqqətdən kənarda qalıb".

O, bu il ziyana düşəcəklərindən narahatdır: "Bizdə qar yağanda rayon mərkəzi ilə əlaqələr kəsilir, qapalı vəziyyətdə yaşayırıq. Kənddə yaşayan ailələr məhsulunu satıb, 7-8 kisə un alırlar, qışa tədarük görürlər. Məhsul satılmadığına görə un tədarük edə bilməmişik. Çətinliyə dözməyib kənddən gedənlərin sayı ildən-ilə artır".

"Meyvəmiz ağacda qalıb"

Onun yaxınlığında limon satan Vüqar Abdullayev isə təsərrüfatında yetişdirdiyi sitrus məhsullarının bir hissəsini ağaclardan dərmədiyini deyir: "Alan yoxdur, nə üçün tədarük edək? Alıcı gələrdi, 10-15 ton alıb yükləyərdi maşına, aparardı. Bu il həmin alıcıları görmədik. Deyirlər ki, daxili bazar sitrus meyvələri ilə doludur. Ona görə almırlar. Gərək satıla ki, alsınlar. Meyvəmiz ağacda qalıb".

"Rusiyaya gedirdi"

Astara rayonunda sitrus meyvələri, əsasən, dağətəyi ərazilərdə yerləşən kəndlərdə əkilir. Rayonun Kijəbə qəsəbəsi də dağətəyi ərazidə yerləşir. Bu qəsəbənin sakini Nadir Gənciyevin sözlərinə görə, problem məhsulun satışındadır: "Eşidəndə ki, hansısa fermer 5 ton məhsul satıb, sevinirik. Meyvə Rusiyaya gedirdi, qiymət sabit idi. İndi getmir. Bizim əhali də pulu çörəyə verir. Qalmışıq ortada. Mənim məhsulum azdır, ümid edirəm ki, satacağam. Tonlarla məhsulu olanlar var. Məhsullarımız satılmasa, yaşayışımıza pis təsir göstərəcək".

Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasovun sözlərinə görə, mövcud vəziyyətlə bağlı lazimi yerlərə məlumat verilib. Onun vurğulamasına görə, həm Ukrayna, Rusiya bazarlarına müharibə təsir edib, həm də Rusiyaya İran malları daxil olur: "Bu günə olan məlumata əsasən, təsərrüfatlardan 44 min ton naringi tədarük edilib. Yığım davam edir"./AzadlıqRadiosu

Xəbər 509 dəfə oxunub.




29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +