Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


01.03.2023  16:05 

Qozun, fındığın, şabalıdın qiyməti iki dəfə artıb... - Deputat





A+  A-

"Bayramqabağı qiymətlərin artması düşündürücü bir məsələdir. Bu, həm də yaxşı hal deyil. Biz görmüşük ki, əziz bayramlarda insanlar bir-birinə əl uzadarlar, xeyirxahlıq göstərərlər, müəyyən qaydada qiymətləri aşağı salarlar. Amma çox təəssüflər olsun ki, bəzi işbazlar müqəddəs bayramlardan sui-istifadə edirlər və qiymətləri artırırlar".

XəzərNews.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bayramqabağı günlərdə müşahidə olunan qiymət artımlarına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bayram günlərində qiymətlərin artması işbazların işidir, bu, bayramlarımıza sayğısızlıqdır:

"Sözsüz ki, bu, insanlar tərəfindən olur. Çünki bu gün insanların süfrəyə qoyduğu ən əziz nemətlər kənd təsərrüfatı məhsullarıdır, meyvələrdir, şirələrdir, çərəzlərdir. Ərzaq məhsulları da var. Ancaq əsasən insanlar kənd təsərrüfatı məhsullarına - ət, süd, yağ bunlara üstünlük verirlər. Ona görə də bunların qiymətlərinin artırılmasını mən düzgün hesab eləmirəm. Bu, müəyyən işbazların işidir, milləti sevməyən, öz müqəddəs adət-ənənələrinə hörmətlə yanaşmayan insanların işidir ki, belə hallara yol verirlər. Lakin dövlət tərəfindən də, sahibkarlar tərəfindən də yarmarkaların açılması bunun qarşısını müəyyən qədər alır. Ancaq bu, kifayət eləmir, mən düzünü deyirəm. Çünki birdən-birə bayram ərəfəsində qozun, fındığın, şabalıdın və digər məhsulların qiymətinin bəzən bir dəfə, iki dəfə artırılması, elə bil ki, insanlara bir sayğısızlıqdır. Bizim müqəddəs bayramlarımıza sayğısızlıqdır. Mən yenə deyirəm, bu bayramlarda insanlar yaxşı ənənələri – rifahı, ədaləti, humanistliyi nümayiş etdirməlidirlər. Nəyə görə ətin qiyməti bu günlərdə artmalıdır, nəyə görə südün qiyməti artmalıdır? Bu, işbazların işidir. Mən bunu bir vətəndaş kimi düzgün hesab etmirəm”.

Tahir Rzayev deyib ki, insanların özünün bir insafı olmalıdır ki, belə şeylərə yol verməsinlər:

"O ki qaldı bunun qarşısının alınmasına, indi azad sahibkarlıqdır, hər kəs bazarda sərbəstdir. İnsanların özünün bir insafı olmalıdır ki, belə şeylərə yol verməsinlər. Bu gün dövlət onu ciddi tənzimləyə bilməz. Çünki şəxs deyir ki, mənim məhsulumdur, məhsulumu belə satmaq istəyirəm. Azad sahibkardır, bu, onun haqqıdır. Amma bu haqq da ədalətə söykənməlidir. İnsanların hazırkı vəziyyətini nəzərə almalıdılar. Bayram günlərində qiyməti bir az aşağı etməklə o kasıblamayacaq. Çox təəssüflər olsun ki, nəinki aşağı vermək, hətta bazardakı qiymətlərdən də artıq edir. Bu, vətəndaşın öz vicdanına qalıb. Dövlət xətti ilə, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yarmarkalar təşkil edilir. İnsanlar orada xeyli aşağı qiymətlərə kənd təsərrüfatı, ərzaq məhsulları alırlar. Amma gərək bizim hər birimizin milli dəyərlərimizə hörmətimiz olsun ki, belə vaxtda insanlar narazı qalmasın”.

Xəbər 1750 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +