Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


25.01.2023  13:38 

Elnur Məmmədli: “İnformasiya mənbələrinin çoxu jurnalistlərin üzünə bağlıdır”





A+  A-

“Yeni Sabah” həyata vəsiqə alanda Azərbaycanda sayt çox idi. Rəqiblərimiz arasında bu sahədə sözün məcazi deyil, həqiqi mənasında saqqalını ağardanlar vardı.

Yəqin Sabit Rəhmanın “Toy” komediyasındakı Kərəmov obrazı xatirinizdədir, bax, biz həmin Kərəmov kimi 6 aylığında əmək fəaliyyətinə başlamalı idik. Yeni doğulsaq da, mürgü vurmağa, mışıl-mışıl yatmağa vaxtımız olmadı. Birinci gün iməkləməyi, ikinci gün yeriməyi öyrəndik. Amma yerimək bəs eləmirdi, qaçmaq, məsafə qət etmək lazım idi. Çünki indi olduğu kimi, o vaxt da bizdən qabaqda xeyli sayt var idi. Hamısına çatdıqmı? Hamısını keçdikmi? Çatdıqlarımız da, keçdiklərimiz də oldu, amma arxasınca tövşüyə-tövşüyə getdiklərimiz də var. Onlar olmasaydı, biz iməkləməyi, yeriməyi, qaçmağı öyrənə bilməzdik.

XəzsrNews.az xəbər verir ki, bunu 4 yaşını tamam edən “Yeni Sabah.az” saytının rəhbəri Elnur Məmmədli ad günü təəssüratlarını Modern.az-la bölüşərkən deyib.

“Bizi inkişaf etdirən media sferasındakı rəqabət mühiti oldu. Heç kimdən qorxmadıq, amma heç kimi də kiçik görmədik. Ən yaxın dostlarımızı da özümüzə rəqib gördük, bildik. Rəqabət olmasa, inkişaf da olmaz. Mövcud olduğumuz platformada sağlam rəqabət varmı? Bu, başqa söhbətin mövzusudur, bunu da biz yaratmalıyıq”, - müsahibimiz vurğulayıb.

E.Məmmədli bildirib ki, Azərbaycanda xəbər saytına rəhbərlik etmək çox çətindir, çünki informasiya mənbələrinin çoxu jurnalistlərin üzünə bağlıdır:

“Azərbaycan jurnalisti bəzən bir nazirin məzuniyyətdə, yoxsa ezamiyyətdə olduğunu belə dəqiqləşdirə bilmir. Belə bir şəraitdə işləmək çətindir. Dövlət qurumlarında mətbuatla bağlı iş yerlərinə qohum-əqrəbanı yerləşdirmək üçün vakansiya kimi baxırlar. Düzdür, indi peşəkarlarla işləmək istəyən qurumlar daha çoxdur. Ancaq problemlər hələ də qalır. Bəzən nazirliyin sözçüsü özünü nazirin mühafizəçisi kimi aparır. Sırf bu üzdən biz bir çox hallarda operativliyə görə sərhəd qonşularımıza uduzuruq.

Azərbaycan kiçik ölkədir, burada demək olar ki, hamı bir-birini tanıyır. Səhər tənqid etdiyin adamla günorta yas yerində, axşam toyda qarşılaşırsan. Azərbaycanda həmişə belə olub, insanlar öz eyiblərini düzəltmək əvəzinə, güzgünü sındırmaq istəyiblər. Bəzən həmin “güzgü”nü yaxın qohumların əli ilə sındırmağa cəhd edirlər. İnanmıram ki, Azərbaycandan başqa dünyanın hansısa ölkəsində saytda gedən tənqidi yazını çıxarmaq üçün jurnalistin atasına, anasına, bacısına, qardaşına, hətta qayınanasına müraciət etsinlər. Mən heç vaxt universitetdə işləyən qohumumdan hansısa tələbəyə yüksək qiymət yazmağı xahiş etməmişəm. Bunu qeyri-etik davranış sayıram, ancaq həmin qohum ərklə məndən saytdakı tənqidi yazını çıxarmağı xahiş edir. Maraqlı isə odur ki, əvvəl xahiş, sonra tələb edir. Sözünü yerə salanda isə özünü düşmən elan edir. Elə bu yanaşmaya görə bu gün bizə düşmən olan dostlarımız da var. Çətindir”.

Sayt rəhbəri deyib ki, mətbuatla yaxından-uzaqdan əlaqəsi olmayan adamları başa düşmək olar, amma həmin xahişi jurnalistlər edəndə bunu anlamaq olmur:

“Bəzən öz həmkarlarımız da bizim xəbər siyasətimizə zidd olan, prinsiplərimizlə üst-üstə düşməyən xahişlər edirlər. Aydın məsələdir ki, mən heç vaxt bu cür xahişlərə əməl etmirəm. Bu üzdən indiyə kimi bəlkə də yüzlərlə adam məndən küsüb, inciyib. Şükür ki, artıq çoxları iş prinsipimizlə tanışdır, lazımsız xahişlər üçün bizi narahat etmirlər”.

“Yeni Sabah”ın hədəflərinin böyük olduğunu vurğulayan həmkarımız sonda deyib:

“Hər gün azı bir arpa boyda böyümək istəyirik. Hara qədər böyüyəcəyik, bunu zaman göstərəcək. Kollektivimiz peşəkar jurnalistlərdən, yazmaqdan zövq alan adamlardan formalaşır. Heç vaxt təsadüfi adamlarla işləməmişik. Xahiş-minnətlə, tanışlıqla heç kimi işə götürməmişik və heç kimi işdən çıxarmamışıq. Bizimlə birlikdə yürümək istəyən adamlara həmişə qapımız açıq olub. İndiki rəqabət mühitində yerimək azdır, yürümək lazımdır.

Eyni zamanda, elə dövrdə yaşayırıq ki, heç nəyi proqnozlaşdırmaq, planlaşdırmaq olmur. Bu üzdən uzaq gələcək üçün burada qeyd edə biləcəyim planlar yoxdur. Bizim işimiz adətən gündəlik - gündəmə, situasiyaya uyğun, yaşadığımız günlə bağlı planlardan ibarət olur”.

Xəbər 621 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +