Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


29.08.2022  14:27 

İTV - 17... - Bu 17 ildə İTV-yə 396 milyon manat xərclənib





A+  A-

Bu gün İctimai Televiziya və Radio Yayım Şirkətinin yaranmasının 17-ci ili tamam olur. İctimai Yayımın cəmiyyət tərəfindən məsul olan strukturu Yayım Şurasıdır. Bu Şuranın sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova və Salman Musayevdir.

İctimai Yayımın fəaliyyətini tənzimləyən Qanunda ictimai yayımçının səlahiyyətlərini iki struktur- yayım şurası və baş direktor həyata kerirdiyi qeyd edilib. Öncə Yayım Şurası vurğulanıb. Çünki, Baş direktoru da vəzifəyə Yayım Şurası seçir, vəzifədən azad edir.

Qanunun əlaqəli bəndində “16.1. İctimai yayımçının bu Qanunla müəyyən edilən səlahiyyətləri Yayım şurası və Baş direktor tərəfindən həyata keçirilir” - deyilir. Yəni öncəliklə Yayım Şurasının məsul olduğu vurğulanır.

Qurumun fəaliyyətini tənzimləyən Qanunun 20-ci maddəsi Yayım Şurasının səlahiyyətlərini sıralayıb və bunların toplam sayı iyirmidən çoxdur. Bunlardan ən önəmlisi də hesabatlı olmaqdır.

“20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir”.

Amma Yayım Şurasının çox önəmli səlahiyyətləri bununla bitmir. O, YŞ haqqında Əsasnaməni, ictimai yayımın konsepsiyasını, ictimai yayımçının proqram strategiyasını və siyasətini, vəzifə təlimatları və daxili tənzimləyici normaları, ictimai yayımçının büdcəsini və illik hesabatını hazırlayır yaxud təsdiq edir, lazımi hallarda, proqramların monitorinqini həyata keçirir.

Onun səlahiyyətləri arasında hətta Baş Direktora xəbərdarlıq etmə, Direktorlar Şurasının qərarını ləğv etmə də mövcuddur.

İctimai Televiziya və Radio yayımı Şirkətinin rəsmi internet saytına girib baxdıqda bu önəmli səlahiyyəti olan Yayım Şurasının varlığı haqqında heç bir rəsmi bilgiyə rast gəlinmir. Hətta nəyinki onun hesabatı, hazırladığı əsasnamə, konsepsiya, tənzimləyici normalar, monitorinqlərinin nəticəsi, illik hesabatları yoxdur, onun özünün mövcudluğu da, üzvlərinin kimlikləri də sual altındadır.

2019-cu ildə bir xırda araşdırma etmişdim, İctimai Yayıma qurulduğundan etibarən Dövlət Büdcəsindən ayrılan vəsaitin günümüz manat dəyəri ilə 347 milyon 813 min manat olduğu müəyyən olunmuşdu. Son 3 ildə isə büdcədən və Prezidentin birbaşa ayırdığı vəsaitin həcmi 47 milyon 762 min manat olub. Yəni toplam bu günədək 396 milyon manatadək büdcə vəsaiti gedib bu quruma. Buraya 17 ildə toplanan reklam gəlirləri, sponsor gəlirləri daxil deyil. Bunun heç harda miqdarına dair nə bilgiyə nə də hesabata rast gəlmirik.

İctimai Yayım Şurası cəmiyyətə hesabat verməlidir. Bu onların vəzifəsidir.

Gözləyirik.

Ələsgər Əhmədoğlu
Media hüququ üzrə ekspert


Xəbər 1191 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +