Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


29.06.2022  14:05 

EHİM Qlobal Hökumət Forumunun vebinarında təmsil olunub





A+  A-

28 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Qlobal Hökumət Forumu (Global Government Forum) tərəfindən təşkil olunan vebinarda çıxış edib. Vebinar “Məlumatların inteqrasiyası və dövlət sektoru standartlarının qorunması” mövzusuna həsr olunub.

XəzərNews.az xəbər verir ki, vebinarın əsas məqsədi pandemiya zamanı müxtəlif ölkələrin məlumatların toplanması, saxlanması və böhranın aradan qaldırılması məqsədilə təcrübələri öyrənmək və bu təcrübələrin gələcəkdə bütün bizneslərə tətbiqini nəzərdən keçirməkdir.

Fariz Cəfərov “ASAN xidmət” tərcrübəsi, Azərbaycanda rəqəmsal hökumətin inkişafı istiqamətində görülən işlərdən danışıb. Dövlət xidmətlərinin göstərilməsində məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış “ASAN Bridge” milli məlumat mübadiləsi sistemi, dövlət qurumları arası məlumatların rəqəmsal formada ötürülməsi haqqında iştirakçılara geniş məlumat verilib. Təqdimat zamanı, həmçinin “ASAN Finans” layihəsi çərçivəsində özəl sektorda vətəndaşlara xidmətlərin göstərilməsi və vətəndaş rahatlığının təmin edilməsi üçün məlumatların ötürülməsindən bəhs edilib. EHİM-in daha bir rəqəmsal həlli - vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə mərkəzləşdirilmiş identifikasiya aləti olan “ASAN Login” layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra Azərbaycanda pandemiya dövründə böhran vəziyyətinə rəqəmsal həllərlə cavab reaksiyası, vəziyyətin idarə edilməsi məqsədilə ərsəyə gətirilmiş rəqəmsal layihələr, mobil tətbiqlər, data mübadiləsi və inteqrasiyalar haqqında danışılıb. Görüşün sonunda Mərkəz və “ASAN xidmət” tərəfindən yaradılan və vətəndaşların rahatlığını təmin edən digər layihələr haqqında məlumat verilib.


Vebinarda, həmçinin dövlət sektorunda məlumat mübadiləsində yaranan maneələr, pandemiya dövründə həmin maneələrin öhdəsindən gəlməklə elektron xidmətlərin təmin edilməsi, Böyük Britaniya hökumətinin milli məlumat strategiyası kimi təşəbbüslərin məlumat mübadiləsinin sürətli təmin olunmasında rolu və digər bu kimi mövzulara toxunulub.


Qlobal Hökumət Forumu bütün ölkələrdən olan dövlət qulluqçuları üçün təcrübə, bilik və əlaqələr qurmağa, eləcə də onların müasir qlobal çağırışlara cavab verməsinə dəstək göstərərək müxtəlif tədbirləri, nəşrləri və tədqiqatları özündə birləşdirir. Forum dövlət sektorunda çalışan liderlərin üzləşdikləri çətinliklərin öhdəsindən gəlmək üçün alətləri və innovasiyaları müəyyən etməklə onlara kömək edir, hansı təcrübələrin işlədiyi və hansılarının işə yaramadığı barədə fikir mübadiləsi apara bilmək üçün mühit və platforma təmin edir.

Xəbər 912 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +