Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


23.06.2022  19:32 

Neftçalada yeni içməli su şəbəkəsi yaradılır





A+  A-

Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Neftçala şəhərində yeni içməli su şəbəkəsi yaradılır.

Bu barədə XəzərNews.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, Neftçalada indiyə qədər mövcud olmuş şəbəkə ötən əsrin 70-ci illərində yaradılıb və uzun illər istismar olunduğundan tələbatı ödəməyib. Şəhərə içməli su Kür çayından götürülüb qismən təmizlənərək verilirdi. 2020-ci ilin yayında Kür çayında su səviyyəsinin kəskin azalması çay suyunu içməyə yararsız hala salıb, nəticədə Neftçala şəhərinin və rayonun kəndlərinin içməli su təchizatında ciddi çətinliklər yaranıb.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda Neftçala şəhərinin içməli su ilə təmin olunması ciddi tapşırıq kimi qoyulub. Tədbirlər Planına uyğun olaraq qısa müddətdə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km magistral kəməri çəkildi və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Bununla paralel olaraq Neftçala şəhərində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanıldı və hazırda mərhələlərlə davam etdirilir.

Cari ildə Neftçala şəhərində ümumi uzunluğu 90 km olan müxtəlif diametrli su xətlərinin, 21 km kanalizasiya xətlərinin və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi, həmçinin 3000 fərdi yaşayış evinə fasiləsiz və dayanıqlı içməli suyun verilməsi nəzərdə tutulub. İndiyə qədər 22 km içməli su xətlərinin tikintisi, eləcə də 320 ev bağlantılarının verilməsi başa çatdırılıb. Ümumilikdə, işlərin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Gələcəkdə Neftçala şəhərinin tullantı su şəbəkəsi də yenidən qurulacaq. Layihəyə əsasən, Neftçala şəhərində 116 km kanalizasiya şəbəkəsinin, 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral kəmərin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakinin içməli su təminatı yaxşılaşacaq.

Ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 14 yaşayış məntəqəsinin içməli su problemi də həll edilib. Digər yaşayış məntəqələrinin içməli su ilə təmin olunması istiqamətində tender prosedurları davam etdirilir.

Xəbər 882 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +