Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


28.12.2021  10:42 

O dünyanın bu dünyadan fərqi – biri əyri, biri düz





A+  A-

Bir çoxları soruşur ki, ölümdən sonrakı həyat da yaşadığımız bu dünya kimidir, yoxsa aralarında hansısa fərqlər vardır? Cavab olaraq “müqayisəedilməz dərəcədə” söyləsək, bir qədər bəsit səslənər. Baxmayaraq ki, bu, belədir, yəni bu dünya ilə o dünya bir-birindən tamam fərqlidir.

Lakin ölümdən sonrakı həyat haqqında tam anlayışın olmaması (“pərdə”nin əks tərəfini görə bilməməsi) səbəbindən sualın cavabı bir qədər gurultulu səslənə bilər. Suala tam və bitkin cavab almaq üçün ana bətnindəki uşaqdan dünyadan xəbərsiz ola-ola dünya haqında bilgilər istənilməsi ilə müqayisə etməyə çalışaq.

Şübhəsiz ki, qaranlıqda nəyisə ayırd etmək olduqca çətin bir işdir. Elə ana bətnində olan uşaq da doqquz aylıq müddətdən sonra yaşayacağı dünyadan büsbütün xəbərsiz olur. Halbuki, o, vaxtın tamamında dünyaya gələcək, lakin həmin dünya haqqında heç bir anlayışı yoxdur və ondan bu haqda soruşularsa, bunu mümkünsüz sayacaqdır. Göründüyü kimi, ana bətni ilə bu dünya arasında nə qədər fərq varsa, eləcə də dünya ilə axirət arasında da bir o qədər fərq vardır.

Əgər, ana bətnindəki uşağın ağıl və düşüncəsi olsaydı və fikirləşib orada (dünyada) olanları təsəvvürünə gətirmək istəsəydi, şübhəsiz ki, buna imkanı və qüdrəti yetməzdi. Qərar tutduğu və gördüyü yer yalnız ana bətni olan körpə üçün dünyanı, onun Günəşini, Ayını, ulduzlarını təsəvvür etmək, əlbəttə, mümkün deyil. Axirətlə bu dünyanın fərqi də məhz, bu qədər, hətta bundan da artıqdır. Bu baxımdan, istər cənnət nemətlərini, istərsə cəhənnəm əzablarını olduğu kimi təsəvvürə gətirmək mümkünsüzdür.

O dünyadakı qayda-qanunlar da bu dünyanın qayda-qanunlarından köklü surətdə fərqlənir. Nümunə olaraq, bunu deyə bilərik ki, həyatda şahidliyi insanın özü (dili) etdiyi halda, Qiyamət məhkəməsindəki şahidlər insanın öz bədən üzvləri, hətta üzərində günah , yaxud savab etdiyi yerlər olacaqdır. “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər” (Yasin, 65).

Bir vaxtlar var idi ki, bunları qəbul etmək adama bir az çətin və həm də qəribə gəlirdi. Lakin elmin inkişafı sayəsində bəzi səhnə və səslərin lentə alınması kimi nümunələri müşahidə etməklə daha heç bir təəccüb yeri qalmır.

Axirət aləminin nemətləri, əzabları haqqında geniş, ətraflı məlumatlarımız olmasa da, bunu bilirik ki, oranın nemət və əzabları həm insanın cisminə, həm də ruhuna aiddir. Çünki məadın (öldükdən sonra axirətdə dirilmənin) iki cəhəti vardır: ruhani və cismani cəhətlər. Məhz, bu əsasa görə, tam qətiyyətlə demək olar ki, nemət və əzablar da iki cəhətli olmalıdır. Quranda cismə aid olan axirət nemətləri haqda buyurulur: “İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver, onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. Onlar üçün orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi olaraq yaşayacaqlar” (Bəqərə, 25).

Mənəvi və ruha aid olan nemətlər haqda isə buyurulur: “Allahdan olan bir razılıq (cismə aid olan nemətlərin hamısından) daha böyükdür” (Töbə, 72).

Bütün bu deyilənlərdən bir daha aydın olur ki, cənnətdəkilər Allahın onlardan razı qaldığını hiss etdikdə, o dərəcədə xöşhal olacaqlar ki, bunu heç bir nemətlə müqayisə etmək olmaz. Cəhənnəm əhli üçün cismani əzablardan əlavə, Allahın onlardan narazılığı hər əzabdan artıq olacaq. Şübhəsiz, bu da onların ruhunu həddən ziyadə əziyyətə salacaqdır.

Maraq doğuran və diqqəti özünə cəlb edən məsələlərdən biri də Qiyamətdə insanın gördüyü əməllərin (şahidlik etmək üçün) dirilməsi, qayıtmasıdır. Bunu Qurani-kərimin bir çox ayələrində də görmək mümkündür. İnsanların mükafatlanması və günahların ortalıqda olmasında əməllərin dirilməsi böyük rol oynayacaq.

Görünür, “nə varsa, elə bu dünyadadır” deyənlər necə bəsit düşündüklərinin və yanıldıqlarının fərqində deyildirlər. Onlar belə düşüncə ilə maddi dünyaya daha çox bağlanır, yaxşı işlər görməyə (axirət savabı qazanmağa) bir elə də maraq göstərmirlər. Onların düşüncəsinə görə, axirət (Qiyamət, ölüb-dirilmə, cənnət, cəhənnəm və s.) boş bir əfsanədir. İnanmaq istəmirlər ki, yaşadığımız dünya müvəqqəti yaşayış məskənindən savayı bir şey deyildir, axirət əzab və iztirab planetindən – Yerdən hər mənada yüksəkdədir. Əslində, bunları bir-biri ilə müqayisə etmək özü belə məntiqsizdir.

Quranda buyurulur ki, yaşadığımız müvəqqəti dünya evi axirətin əkin yeridir, yəni burada “əkdiklərimizi” axirətdə “biçəcəyik”. Təbii ki, hərə öz əkdiyini biçəcək. Həm də hər kəsdən bütün mübhəm işlərin hesabı sorulacaq, yəni cavabsız bircə sual belə qalmayacaq.

İndi təsəvvür edək, belə bir məkanla (axirətlə) heç də hər şeyin yerində olmadığı, sualların cavabsız qaldığı maddi dünyanı müqayisə etməyə dəyərmi? Şübhəsiz ki, yox! Quranda buyurulduğu kimi, o dünya hər mənada gözəldir...

Vasif Hüseynov
XəzərNews


Xəbər 1366 dəfə oxunub.




11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +