Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


16.12.2021  12:32 

Ata oğlunu niyə güllələyib - Təfərrüat





A+  A-

Astara rayonunda 1959-cu il təvəllüdlü Ağaşir Hüseynov ailə münaqişəsi zəminində oğlu Turala xəsarət yetirib.

Ağaşir 31 iyul 2020-ci ildə, saat 17 radələrində Astara rayonun Vaqo kəndində son zamanlar ailə məişət zəminində aralarında soyuq münasibətlər olan oğlu Turalın birlikdə yaşadıqları evdə onun arvadı Fərzanə ilə mübahisə etdiyini eşidib.

Evdə çölə çıxan Ağaşir oğlunun onun arvadı ilə dava etdiyini, Fərzanənin yerdə uzanmasını görüb. O, həyətdə olan Turalın yanına gedib və oğluna bu hərəkətinə görə iradını bildirib.

Turalın iradı qəbul etməsi əvəzinə, ona kobudluq edib, nalayiq şəkildə cavab qaytarıb. Tural Ağaşirin və atasının ünvanına nalayiq ifadələr işlədib.

Bu səbəbdən Ağaşir evdə olan babasından miras qalmış ov tüfəngini götürüb və yaşadığı evin qarşısına gəlib. O, orada olan Turalın sol bud nahiyəsinə qəsdən 2 dəfə atəş açıb, ona xəsarət yetirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Turalın sözlərinə görə, kabab bişirməkdən ötrü manqalı yandırmaq üçün odun doğramaq qərarına gəlib: “Həyətdə köhnə, küt balta olduğu üçün anam Fərzanədən iti baltanın yerini soruşmaq üçün anamın yanına getdim. Evdə anam Fərzanədən baltanı istədim. Lakin anam mənə baltanı vermədi və evdən çıxarkən anam qışqıraraq məni söydü. Əsəbiləşdim, evdə olan stolu ayağım ilə vuraraq aşırdım. Anama heç bir söz demədən, həyətə düşərək küt balta ilə odun doğramağa başladım. Anamın evdə qışqırıq səsini atam Ağaşir eşitdi, evə qalxdı. Sonra evdən çıxaraq həyətə gəldi, mənə yaxınlaşdı. Atam məndən nə üçün evdə anam ilə dava etdiyimi soruşdu. Sonra heç bir səbəb olmadan məni söyərək təhqir etməyə başladı. Atamın təhqirlərinə dözmədim, ona cavab qaytardım”.

Zərərçəkmişin sözlərinə görə, bundan sonra atası evə gedib və bir neçə saniyədən sonra əlində qoşalülə ov tüfəngi ilə həyətə qayıdıb: “Təxminən 5-6 metr məsafədən tüfəngi mənə tərəf tuşladı, atəş açdı. Lakin atamın açdığı ilk atəş mənə dəymədi. Bu zaman qışqırdım. Bundan sonra atam tüfəngə yenidən patron saldı, ikinci dəfə mənə atəş açdı və qırmalar sol ayağımın baldır nahiyəsinə dəyərək xəsarət aldım. Ayağımı tutaraq yerə uzandım və ayağımdan qan axmağa başladı. Bundan sonra atam yanıma gəldi. Mənə nalayiq ifadələr işlətdi. Sonra oradan kənara çəkilərək getdi”.

İstintaq orqanı tərəfindən Ağaşirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağaşir 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Ağaşirin cəzasının ağırlaşdırılmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili isə apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin barəsində şərti cəza təyin olunmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayəti təmin edilməyib./Demokrat.az

Xəbər 1404 dəfə oxunub.




11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +