Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.11.2021  18:41 

11 ildən sonra medal qazandıq - Komanda yarışında





A+  A-

“Yığmamız karate üzrə dünya çempionatının komanda yarışında üçüncü yeri tutdu. Sonuncu dəfə 2010-cu ildə finala yüksəlməyi bacarmışdıq. Çox şadam ki, 11 ildən sonra bürünc medal qazandıq. Hər il hansısa maneə ilə qarşılaşırdıq və finala çıxa bilmirdik. Bunun da səbəbi var. Həmişə medal qazananda müsbət göstəricilərdən danışırlar. Amma nöqsanları da demək lazımdır”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Dubayda keçirilən dünya çempionatında uğurla çıxış edən karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev (75 kq) jurnalistlərə açıqlamasında deyib.

R.Ağayev komanda yoldaşlarının və məşqçilərin gərgin zəhməti nəticəsində medal qazandıqlarını vurğulayaraq bildirib: “Təkcə mən yox, bütövlükdə komandamız dünya çempionatında uğurla iştirak etdi. Hər komandada dəyişikliklər olur. Komandamızın heyətində bu dəfə Ayxan Mamayev çıxış etmirdi. Şəxsi yarışlarda Pənah Abdullayevin çənəsi iki yerdən qırılmışdı. Ona görə təcili Bakıya qayıtdı və əməliyyat olundu. Komandamızın bütün üzvlərini təbrik edirəm. Yeni komanda ilə dünya üçüncüsü olduq. Bundan sonra da uğurlarımız bol olacaq”.

Təcrübəli karateçi ağır zədədən sonra dünya çempionatına yollanmağın çətin olduğunu bildirib: “Bunu dildə demək bəlkə də kiməsə asan gəlir. Şəxsi yarışlarda hər şey qaydasında idi. ABŞ təmsilçisi Skott Tomas ilə 9 görüş keçirmişəm. Ona ilk dəfə idi uduzurdum. Həmin qarşılaşmada 0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Hakimlərin rəyi ilə ABŞ idmançısı qalib oldu. Bunu kompliment olaraq demirəm. Həqiqətən bir az dincəlsəydim, altıqat dünya çempionu olacaqdım. Sadəcə, çox yoruldum. Amma irəli baxmaq lazımdır. Məşqlərə davam etməliyik. Söz-söhbətə yox, məşqlərə daha çox fikir verməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq”.

Fərdi yarışlarda bürünc medal qazanan Asiman Qurbanlı (+84 kq) bunun üçün sevincli olduğunu söyləyib: “Müəyyən qədər kədərliyəm ki, qızıl medal qazana bilmədim. Bəzi çatışmazlıqlar oldu. Bu da məni çox üzdü. Çünki mundiala qızıl medal üçün getmişdim. Amma əsas odur ki, medalsız qalmadım. Artıq dünyanın bu çəki dərəcəsində üç ən güclü idmançısından biriyəm. Reytinqdə isə ilk "5-lik"dəyəm. Bu, mənim üçün gələcək yarışlarda böyük motivasiyadır. Məqsədim yalnız çempionluqdur və fəxri kürsünün ən yüksək zirvəsini hədəfləyirəm. Qarşıdakı yarışlarda qızıl medal qazanmağı özümə söz vermişəm”.

Xəbər 2252 dəfə oxunub.



04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +