Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


16.11.2021  13:47 

Araz Ağalarov: “Kim kimlə sövdələşəcək axı?”





A+  A-

Azərbaycan əsilli rusiyalı biznesmen-oliqarx Araz Ağalarov RBC agentliyinə geniş müsahibə verib, öz biznesindən, Rusiyada büdcə vəsaitləri hesabına həyata keçirdiyi iri infrastruktur layihələrinin vəziyyətindən və digər mövzulardan danışıb.

Biznesmen Rusiyada ərzağın bahalaşmasına və hökumətin ərzaq qiymətlərini tənzimləmək üçün göstərdiyi cəhdlərə də münasibət bildirib.

“Mən bunu mənasız hesab edirəm. Ərzaqda çox böyük rəqabət var və biz hamımız öz aramızda rəqabət aparırıq - “Qlobus”, “Aşan”, “Tvoy dom” (Rusiyanın iri supermarket şəbəkələri, sonuncu Ağalarovun “Crocus Group” şirkətinə daxildir,-red.), ona görə də heç bir kartel sövdələşməsi ola bilməz. Kim kimlə sövdələşəcək axı? Bizdə təxminən 200-300 adda mal qrupu var ki, qiymətin üstünə cəmi 10 faiz qoyuruq. Orada nəyi qaldırmaq olar? Əgər şəkər təchizatçıda 20 rubldursa biz onu 22 rubla satırıq. Əgər çıxış qiyməti 40 rubldursa 44 rubla satırıq. Hesab edirəm ki, istehsalçılar da qiyməti elə-belə qaldırmayıblar, onlar qiymətləri süni şəkildə qaldırmaq iqtidarında deyillər”,- Ağalarov deyib.

Bəs əslində ərzaq qiymətləri niyə qalxır?

Araz Ağalarova görə səbəb odur ki, gübrənin, yanacağın qiyməti qalxır, digər nəqliyyat xərcləri artır, əmək haqları xərcləri artır. “Əgər ticarət şəbəkəsində qiymətlər qalxırsa bu kiminsə iradəsi deyil, bazar özü belə formalaşır”, - o bildirib.

Biznesmen hesab edir ki, əsl problem əmək haqları və pensiyaların aşağı olması, istehlak tələbatının zəifləməsidir.

“Rusiyada prinsipcə istehlak tələbatı çox kiçikdir. Məsələn, ABŞ-da işsizliyə görə müavinət ayda 2800 dollar təşkil edir (biznesmen müsahibənin əvvəlində qeyd edib ki, bu günlərdə Birləşmiş Ştatlarda səfərdə olub orada hər yerdə insanlardan kovid-pasportlar tələb edildiyini görüb,-red.) və hansı mağazaya girsən adamla doludur. Hətta brend mağazalarda mallar satılıb tükənib. Bizdə bunun tam tərsidir-orta əmək haqqı və pensiya çox aşağıdır. Bütün bunlar sonda ticarətdə problemli situasiya yaradır-ticarət mərkəzlərindəki icarəçilərdə və daha sonra ticarət zənciri boyu”, - Araz Ağalarov deyib.

Biznesmen razılaşır ki, qiymətləri inzibati yollarla tənzimləmək əvəzinə Rusiyada əhalinin sosial müdafiəsini gücləndirmək lazımdır.

“Əgər sosial dəstəyi artırsalar mal dövriyyəsi də artacaq, büdcəyə daxilolmalar da, nəticədə iqtisadiyyatda artım baş verəcək”, - Ağalarov deyib./virtualaz.org

Xəbər 1746 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +