Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


24.09.2021  12:43 

”Mənə cinsi ehtirasını təmin edə bilmədiyimi dedi və söydü...”





A+  A-

Ötən il sentyabrın 2-də Bakıda yerləşən moteldə əri tərəfindən öldürülən Şəhanə Şamilovanın qətli ilə bağlı təfərrüatlar məlum olub.
XəzərNews “Kriminalqafqaz”-a istinadən xatırladır ki, hadisə Bakıda yerləşən “Salt” moteldə baş verib. 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı 1985-ci il təvəllüdlü Şahanə Şamilovanı bıçaqla qətlə yetirib.

Məhkəmədə dindirilən M.Şamilov Ş.Şamilovadan boşanmaq istəmədiyini, hadisəni qısanclıq zəminində törətdiyini deyib: “Şəhanə boşanmaq üçün məhkəməyə müraciət etmişdi, mən isə barışmaq istəyirdim. O, 2 aydır, anası ilə Xırdalanda yaşayır, obyektlərdə müğənnilik edirdi. İşlədiyi obyekti tapıb, barışmaq üçün yanına getdim. Biraz söhbət etdik, boşanmaq istəmədiyimi desəm də, razılaşmadı. Səhəri gün Şəhanəni Şıxov qəsəbəsindəki “1001 gecə” restoranına apardım. İnzibatçı ilə danışıb ondan arvadımı müğənni kimi işə götürməsini xahiş etdim. O da xahişimi nəzərə alaraq təklif etdiyim şərtlə razılaşdı. Sonra Şəhanəyə yemək yeməyi təklif etdim, birlikdə “Salt” motelinə getdik”.

M.Şamilov bildirib ki, motel otağında arvadı ilə cinsi əlaqədə olub: “Şəhanə spirtli içkinin təsirindən mənə “mənim erotik şəkillərimi və videomu görsən nə hiss keçirərsən” sualını verdi. Heç bir cavab vermədim. Sonra Şəhanə “mən rəfiqəmlə, sən də öz dostunla bir yerdə qrup şəklində cinsi əlaqədə olmağımızı istəyərsən?” sualını verdi. Mən də Şəhanənin bu sözünə əsəbiləşib “gic-gic danışma” deyib yataqdan qalxdım və əynimizi geyindik. Yenə də aramızda olan keçmiş mübahisələrdən danışmağa başladıq. Danışıq zamanı Şəhanəyə barışmağı təklif etdim. Lakin Şəhanə barışacağımız təqdirdə onun heç bir işinə qarışmayacağımı, toy məclislərində olarkən restoranda gözləməyəcəyimi, heç kimə qısqanmayacağımı, istədiyi yerə getməsinə qarışmayacağımı və sair bu kimi şərtlər irəli sürdü. Mən də ona bu şərtlərlə razılaşmayacağımı dedikdə, aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Şəhanə mənə aramızdakı cinsi əlaqə zamanı cinsi ehtirasının təmin olunmadığını, yaxın vaxtlarda başqa kişi ilə cinsi münasibət yaratdığını dedi. Mənə söyüş söydü”.

Muradın ifadəsinə görə, Şəhanə uşaqlarını ondan alacağını, kiçik qızının başqa kişidən olduğunu deyib: “Ardınca başqa kişi ilə münasibəti olduğunu, boşanacağını dedi. Mən də hirslənib maşının baqajından özümlə gətirdiyim bıçağı götürdüm. Ona 7-8 zərbə vurdum. Sonra da 102-yə zəng edib məlumat verdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Şamilova 18 illik həbs cəzası verilib. Qərardan narazı qalan mərhumun anası Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, kürəkəninə ömürlük həbs cəzası verilməsini tələb edib. Məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb.

Xəbər 1891 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +