Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.09.2021  15:00 

Qaziyə məşğulluq adı il 3 xəstə inək veriblər - Video





A+  A-

Qarabağ müharibəsinin iştirakçısı olmuş Məmmədli Etibar Ədalət oğlu döyüşlərdə xəsarət alsa da, hərbi hospital onu müalicə etməyib.


XəzərNews xəbər verir ki, Reportyor.info-ya danışan qazi deyir ki, iki dəfə belindən əməliyyat olunub və ona dövlətdən dəstək verilməyib. Daha sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, sosial yardım istəyib, bu istəyi də ürəyində qalıb. Ancaq qazi Məşğulluq Mərkəzinə yönləndirilib. Burada özünüməşğulluq proqramına əsasən E. Məmmədliyə dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb. Qazi bildirir ki, bunu təsdiqləyən həkim rəyi var.

Lakin Məşğulluq Mərkəzi xəstə heyvanları geri almaqdan imtina edir. E. Məmmədli dəfələrlə müraciət etsə də, heyvanları geri götürmürlər: “Bizə belə xəstə heyvan nəyə lazımdır? Üç xəstə mal verməkdənsə, bir sağlam, balalayan inək versələr daha yaxşıydı. Bu cür yollarla adını özünüməşğulluq qoyub, insanları aldadırlar, pul silirlər. Prezident bilməlidir ki, məmurlar belə oyunlarla məşğuldur. Mən bu xəstə heyvanları nə etməliyəm? ”

Vətəndaşın bu şikayətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Aynur Nəbili deyib ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanması prosesində vətəndaşın birbaşa iştirakı təmin edilir:”Heyvanların sağlamlığı və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi alındıqdan sonra heyvanlar vətəndaşa təqdim edilməsi üçün göndərilir.

Aktivlər təqdim edilən zaman vətəndaşla imzalanan müqavilədə qeyd edildiyi kimi şəxs təhvil aldığı əmlakda hər hansı qüsur aşkarladığı halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və.s ) əmlakı təhvil aldıqdan ən geci 30 gün sonra filiala təqdim edərək həmin aktivlərin yenisi ilə əvəz edilməsini tələb edə bilər. Proqrama cəlb edilən zaman hər bir vətəndaşa bu barədə ətraflı məlumat təqdim edilir.

Təhvil-təslim zamanı foto və video çəkiliş həyata keçirilir. Bütün məlumatlar nazirliyin saytında ictimai açıq formada yerləşdirilir”.



Xəbər 2812 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +