Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.09.2021  09:23 

Vergi ödəyicilərinin nəzərinə





A+  A-

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi Qrupunun 2021-ci ilin Fəaliyyət Planına əsasən, ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması üzrə nəzərdə tutulan tədbirlərdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı olan “Vahid elektron lövhə”nin tətbiqidir.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, vergi orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə ödənilmiş artıq vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” Maliyyə Nazirliyi ilə birgə hazırlanaraq cari ilin iyul ayından vergi ödəyicilərinin istifadəsinə verilib.

Vergi Məcəlləsinin müddəalarına əsasən, əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, vergi ödəyicisinin müraciətinə əsasən, hesablanmış vergidən artıq olan məbləğ sahibkara qaytarılır.

Vergi Məcəlləsinin 179.1-ci və 179.2-ci maddələri əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduğu halda, büdcə ilə münasibətləri müəyyənləşdirir.

Hesabat dövründə həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan, bu zaman vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb edilən vergiödəyicisinə, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Digər vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan dörd aydan gec olmayaraq qaytarılır.

Hazırda vergiödəyiciləri tərəfindən “Vahid elektron lövhə”dən istifadə etməklə artıq ödəmənin qaytarılması üçün 107 sayda müraciət daxil olub.

Bu platformanın bir sıra üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergiödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edir. Vergiödəyicisi müraciəti ilə bağlı bütün mərhələləri izləyə, məbləğin geri qaytarılması prosesinə şəxsən nəzarət edə bilir.

Prosedurun sadələşdirilməsi vergiödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq.

Vergi ödəyiciləri artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində cari ilin 4-cü rübündən etibarən izləyə biləcəklər.



Xəbər 1956 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +