Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


21.04.2021  17:05 

Dünya Bankı Azərbaycana dəstək göstərəcək





A+  A-

Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında videoformatda görüş keçirilib.
Mərkəzi Bankdan XəzərNews.az-a bildirilib ki, görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmiz ilə DB arasında uzunmüddətli strateji əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğuladı. Sonra ölkədə iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən bəhs edərək bildirdi ki, 2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da mürəkkəb çağırışlarla üzləşib. Qlobal bazarlarda baş verən proseslər, neft qiymətlərində volatillik və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ötən il ölkəmiz üçün bütövlükdə uğurlu il olub. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub.

Hazırda ölkədə yeni nəsil islahatlara start verildiyi və növbəti 10 il üçün müəyyən olunmuş milli prioritetlərin DB ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq üçün yeni istiqamətlər açdığı qeyd olunub. Bildirildi ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına yönəlib. İslahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynayıb və əminlik ifadə olundu ki, DB strateji tərəfdaş kimi gələcəkdə də islahatların reallaşdırılmasında Azərbaycana dəstək göstərəcək.

Xanım Byerde öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olmasından öz məmnunluğunu ifadə edib. Bildirdi ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq yeni iqtisadi strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. DB üçün də hazırda ən mühüm əməkdaşlıq istiqaməti yeni strategiyanın formalaşdırılmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə zəruri dəstəyin göstərilməsidir. Strategiyada müəyyənləşdirilmiş istiqamətlər DB-nin Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılmasında da əsas kimi götürülməsi nəzərdə tutulur. Xanım Byerde qeyd edib ki, DB Maliyyə Sektorunun Qiymətləndirilməsi və Maliyyə Sektorunun Modernizasiyası layihələri çərçivəsində Azərbaycan maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. Eyni zamanda, rəqəmsal transformasiya ilə bağlı ölkəmizə, o cümlədən Mərkəzi Banka lazımi dəstəyin göstərilməsinə hazırlıq ifadə edilib.

Görüşdə Mərkəzi Bank ilə DB arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Xəbər 1586 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +