Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.04.2021  09:03 

Günəş şüalarının faydaları və zərərləri





A+  A-

Günəş şüalarının faydaları
Günəş şüalarından az miqdarda və doğru zamanlarda istifadə etsəniz görmə organınızda (gözlərdə) günəş şüalarından çox müsbət təsir ortaya çıxar.

Günəş şüaları depresiyanın qarşısını alır

Günəş şüalarının psixologiyaya yaxşı təsir etdiyi və depressiyaya qarşı da faydalı olduğu sübut edilmişdir.

Günəş şüaları D vitamini səviyyəsini artırır

Bədənimiz üçün son dərəcə əhəmiyyətli olan D vitaminini çöldən alacağımız bir qida yoxdur. Ya dərman preparatıyla alınır ya da günəşdən. Ən sağlıqlı olanı günəşdən alınan D vitaminidir. Gündəlik olaraq səhər saatlarında saat 10-a qədər və 16:00-dan sonra olan günəş işığında 15-20 dəqiqəlik ovuc içlərini günəşə doğru tutsanız bədəninizin yetəri qədər D vitamini depolamasını təmin etmiş olacaqsınız. D vitamini uşaqların böyüməsi üçün olduqca təsirli bir vitamindir. Yalnız uşaq deyil, böyüklər üçün də son dərəcə əhəmiyyətlidir. Sümük zədələnmələri və formalaşması üçün olduqca əhəmiyyətlidir.

Günəş şüalarının zərərləri

Təəssüf ki, yanlış zamanda və səhv şəkildə istifadə edilən günəş şüaları ölümcül nəticələr yarada bilir. Sıx görülən dəri xərçənginin ən böyük səbəblərindən biri günəş şüalarıdır. Bu dərhal özünü göstərməz, özünü günəş şüalarına qorunmadan buraxanlarda illər keçdikcə dəri problemi meydana gələr və müəyyən bir zaman sonra bu vəziyyət dəri xərçənginə çevrilər. Çox insan solyarinin daha "günahsız" olduğunu düşünür. Lakin solyari üzündən dəri xərçəngi olub ölən insan sayı normal günəş şüalarından dəri xərçənginə tutulub ölən insan sayı qədərdir artıq. Yəni ikisi arasında heç bir fərq yoxdur, solyari də son dərəcə təhlükəli və dəri xərçənginin yaranmasına səbəb olan bir faktordur.

Yanlış günəş vannası qəbul etmək bədəndə qalıcı günəş ləkələri meydana gəlməsinə səbəb ola bilər. Günəş ləkələrinin səbəbi də bədənin günəş qarşısında çox müdafiəsiz qalması deməkdir.

Günəş erkən yaşlanmanın ən mühüm səbəbidir. Xüsusilə üz günəş şüalarına qarşı çox müdafiəsizdir. Hər zaman üzünüzü günəş şüalarından qorumalısınız. (modern.az)

Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +