Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.04.2021  12:54 

““Hər uşağa 300 manat verilsin” deyirsənsə, hakimiyyətə gəlmək fikrin yoxdur”





A+  A-

REAL Partiyasının sədri İlqar Məmmədovun ötən gün “uşaqpulu” mövzusu ilə bağlı müzakirə aparanları debil, yaramaz adlandırması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müxalifət liderinin bu cür reaksiyası müxtəlif təbəqələri təmsil edən şəxslər tərəfindən tənqid edilib.
XəzərNews.az xəbər verir ki, müzakirələrin ardınca adıçəkilən partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, bəzi populistlər sosial mövzulara girəndə elə bilirlər ki, “auksion” dur, kim daha böyük rəqəm desə, o qalib gələcək: “Xalqın intellektual potensialı ilə lağ edirlər, mövzuları araşdırmırlar. Həm də elə bilirlər ki, İlham Əliyev daimi prezident, YAP həmişə hakimiyyətdə olacaq, ona görə də danışanda, rəqəm səsləndirəndə boğazdan yuxarı danışırlar. Biz isə məsələlərə həmişə məsuliyyətlə yanaşmağa, özümüzü gələcək hökumət kimi düşünməyi öyrətməyə çalışırıq.

Sən bu gün çıxıb “hər uşağa 300 manat verilsin” deyirsənsə, deməli sənin hakimiyyətə gəlmək fikrin yoxdur, içiboş populizmlə məşğulsan, gələcəkdə özünü hökumət kimi görmürsən. Ölkədə 2,8 mln. 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək bu ilə 10 mlrd. manatdan çox, 200 manat versək 7 mlrd, 100 manat versək 3,5 mlrd. manat edəcək - büdcə isə 25 mlrd. manat civarındadır.

Gələcəkdə bu hakimiyyətə qalib gəlib özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidir, amma həmin populist kəsim nə deyir?! Deyir ki, “oliqarxlardan alıb paylamaq lazımdır”, tipik bolşevik düşüncəsidir, amma, tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?!

Biz isə məsuliyyətli yanaşma təklif edirik ki, sabah hökumət olanda dediyimizi yerinə yetirə bilək. “Uşaqpulu” məsələsi mütləq həll edilməlidir, amma bunun ədalətli və davamlı olması lazımdır, bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır. Hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur.

Ölkə büdcəsindən ilə 1 mlrd. manatı bu məsələyə ayırmaq olar və bunu əsaslandırmaq mümkündür. Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik.

Siyasətçi məsuliyyətli olmadısa, populizm “qusdusa”, eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin”.

Qeyd edək ki, Azərbaycanda “uşaqpulu”nun yenidən bərpa edilməsiylə bağlı zamanla müxtəlif təkliflər irəli sürülüb. Parlamentin iclaslarında, Nazirlər Kabinetinin illik hesabatlarının müzakirəsində bir neçə deputat “uşaqpulu”nun verilməsinin labüdlüyünü qeyd edib. Bu günlərdə isə “Ağ” Partiyasının sədri Tural Abbaslı ilə REAL Partiyasının parlamentdəki üzvü Erkin Qədirli arasında Musavat TV- nin efirində polemika yaranıb. Həmin debatda T. Abbaslı REAL Partiyasının sədri İlqar Məmmədovun fəaliyyətini tənqid edib. Eyni zamanda, T. Abbaslı “uşaqpulu”nun verilməsinin vacibliyinə toxunarkən partiyanı təmsil edən deputat E. Qədirli daha vacib məsələ kimi gənc ailələrə güzəştli şəkildə mənzil verilməsini qeyd edib. O bildirib ki, “uşaqpulu”nun uşaqlara xərclənib xərclənməyəcəyi sual doğuran məqamlardandır.

Xəbər 1881 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +