Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


08.02.2021  13:11 

Məmurlar bizneslə məşğul olduqca, qiymətlər də artacaq - PROBLEM





A+  A-

“Nə qədər ki, məmur bizneslə məşğul olacaq, qanunların qəbulunda, yerli bazarın dünya bazarına inteqrasiya olunmasında maneçilik edəcək, o vaxta qədər də vəziyyət olduğu kimi qalacaq”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov ərzaq bazarında müşahidə olunan qiymət artımı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, yerli bazar dünya bazarına tam inteqrasiya olunmayıb:

“Ərzaqların bahalaşması ilə bağlı Azad İstehlakçılar Birliyinə respublikanın hər yerindən gün ərzində 2-3 telefon zəngi gəlir. Daxil olan zənglərin çoxluğu Bakı və Sumqayıt şəhərlərindən müşahidə olunur.

Hazırda Azərbaycanda ərzağın bahalaşması prosesi var və labüddür. Çünki dünya bazarında da bahalaşma müşahidə olunur. Hətta Rusiya bazarında duru yağın və şəkər tozunun qiyməti 700% bahalaşdı. Buna görə də Rusiya hökuməti qərar qəbul edərək, yuxarı qiymət həddini müəyyənləşdirdi. Ondan artıq qiymətlə ərzaq satana isə suni qiymət artımı adı altında sanksiya tətbiq olunacaq.

Ölkəmizdə də qiymət artımı problemi ilə üzləşirik. Azərbaycan bazarı sanki dünya bazarına inteqrasiya olunub. Sözsüz ki, qonşu ölkədə qiymət artımı baş verərsə, bu, yerli bazara da öz təsirini göstərəcək. Lakin bilməliyik ki, yerli bazar dünya bazarına tam inteqrasiya olunmuş bazar deyil”.

E.Hüseynov bildirib ki, ölkə üzrə inhisarçılıq davam edir:

“Cənab Prezident hər səfərki iqtisadi yığıncaqlarında qeyd edir ki, ölkədə inhisarçılıq var. Bu barədə Prezident tapşırıqlar verir, amma “karter sövdələşməsi” və inhisarçılıq Azərbaycandan yox olmur. Bunun bariz sübutlarından biri odur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir, amma əks halda hər kəs ayağa qalxır. Bu o deməkdir ki, yerli bazarda qiymətlər bir qrup adamın razılığı ilə müəyyən olunur.

Düşünürəm ki, dövlətdə uyğun qurum bu məsələ ilə mübarizə aparmalıdır. Qeyd etmək lazımdır ki, 10 ildən çoxdur ki, Antiinhisar Məcəlləsi hələ də Milli Məclisdə qəbul olunmur. Qəbul olunmamağı isə digər bir problemdir.

Məmurlar bizneslə məşğul olduqca, ölkə üzrə vəziyyət eyni qalacaqdır. Ölkədə bolluq olması və qiymətlərin aşağı enməsi üçün məmur gərək biznesdən əl çəksin”.

AİB sədri qeyd edib ki, qiymətlərin qalxmasının digər səbəbi marketlərdə olan hərc-mərclikdir:

“Marketlər üçün heç bir qayda-qanun yoxdur. Buna görə də ərzaqları taxcada yerləşdirmək üçün belə rüşvət alırlar. Biz səslənirik ki, Nazirlər Kabineti marketlər üçün qanunlar hazırlasın. Mal təchizatçıları verdikləri rüşvəti ərzağın üzərinə qoyurlar və suni artım baş verir.

Keçən həftə İqtisadiyyat Nazirliyinin uyğun qurumu ilə görüş keçirdim və bu məsələləri müzakirə etdik. Onlar dedilər ki, hazırlaşırıq ki, bu məsələləri həll edək. Yaxın günlərdə həll olunmağını gözləyirik”.

Xəbər 2277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +