Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


16.09.2020  11:19 

Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi





A+  A-

Şəmkirdə şəhid üçün tikilən evi söküb yerində məscid tikmək iddiasında olan şəxs saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 14-də Şəmkir rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə qeyd olunub ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb:

“Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktik söhbətlər aparılmasına baxmayaraq sonuncu, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib”.



Xəbər 1415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +