Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


14.07.2020  19:01 

Şanlı əfsanə - düşmənə dağ çəkən Polad komandir





A+  A-


“Bu gün səhər saatlarında Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub" – bu cümləni təkrarən neçə dəfə oxuduğumu xatırlamıram. Çünki eşitdklərimə inanmaq istəmirdim. İnanmaq istəmirdim ki, Polad Həşimov şəhid olub. İnanmaq istəmirdim ki, o böyük komandan artıq əsgərlərinin qarşısında yürüməyəcək. Çox təssüf ki, bu üzücü xəbər - o böyük komandirin Şəhidlik zirvəsinə ucaldığı təsdiqləndi. Artıq, sözlər Polad kamandirin əzəmətini, böyüklüyünü, şücaətini, qəhrəmanlığını, mərdliyini ifadə etməkdə acizdir.

Cənab, General-mayor!

Siz düşmənin qorxulu röyası, qorxularından heç vaxt görmək istəmədikləri əzəmətli Dağ Qartalı idiniz.
Siz, düşməndən post alan, onun gözü qarşısında yol çəkən, bir neçə hərbi texnikasını düşmənin əlindən alıb gətirən, onlarla düşməni cəhənnəmə vasil edən əsil Komandir idiniz.
Siz, hər zaman döyüş postundakı əsgərlərinin yanında olan, onlarla eyni döyüş mövqeyini paylaşan, birlikdə yemək yeyən, səngər qazan, post quran Qəhrəmanlıq nümunəsi idiniz.
Siz, yaşadığınız müddətdə olduğu kimi, şəhidlik məqamına yüksəldiyiniz zaman da hər kəsə nümunə oldunuz. Sizi tanıyanlar - əsgərləriniz, zabit və döyüş yoldaşlarınız bu əzəmətli adı - Polad komandir adını əsla unutmayacaq.
Hər kəsə məlumdur ki, düşmən Polad kimi qəhrəmanları tez aradan götürmək istəyir. Çünki düşmənə çalın-çarpaz dağlar çəkən, məhz, onun kimi Vətən fədailəridir.

Polad Həşimov 2016-cı ildə “Aprel döyüşləri”ndə göstərdiyi şücaətə görə, ordenlə təltif edilmiş və ona dövlət tərəfindən ev bağışlanmışdı. Əfsanəvi komandan isə ailəsi ilə kirayədə yaşamasına baxmayaraq, dövlət tərəfindən ona verilən evi ehtiyacı olan bir Şəhid ailəsinə bağışlamışdı... Bundan o yana Ucalıq məqamını təsəvvürümdə belə canlandırmaqda acizəm.

Mən, Azərbaycan Ordusunun ehtiyyatda olan Baş əsgəri Məmmədsan Həsənov Polad Həşimovun minlərlə əsgərindən biri olmuşam. Nə xoş ki, Polad komandiri görmək və onunla eyni döyüş mövqeyini paylaşmaq mənə də qismət olmuşdu. Ruhun qarşısında baş əyir, müqəddəs Şəhidlik zirvəsində Sizə Allahdan rəhmət, doğmalarınıza və yaxınlarınıza, ümumən isə, Sizi sevən hər kəsə səbir diləyirəm, Polad komandir. Sizi sevməmək mümkünmüdür? Əsla! Ölümü də ölümsüzlüyünüzlə sevdirdiniz bizə - əsil Komandir kimi...


Xəbər 7917 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +