Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.02.2020  13:26 

Qışın mülayim keçməsinin səbəbləri AÇIQLANDI





A+  A-

Bu il yumşaq qış müşahidə edilməkdədir. İqlim dəyişmələri nəticəsində Azərbaycanda qış ayları daha mülayim keçir, şaxtalı günlərin sayı azalır.
XəzərNews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, çoxillik normaya əsasən Bakıda yanvar ayında şaxtalı günlərin orta çoxillik sayı 6-dır. Lakin bu qış hələ ki, şaxta qeydə alınmayıb, yalnız yanvarın 25-də havanın temperaturu 0 dərəcəyə yaxınlaşıb.

U.Tağıyeva qeyd edib ki, 2020-ci ilin yanvar ayında orta aylıq temperatur iqlim normasından 1,6 dərəcə yüksək olub: “Ən isti gün yanvarın 23-də olub və havanın temperaturu müsbət 12,3 dərəcəyədək yüksəlib, lakın rekord göstərici qeydə alınmayıb. Çünki Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvarın 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22,3 dərəcə olub. Yağıntılara gəldikdə, onun miqdarı dekabr ayı ilə müqayisədə bir qədər artıb, lakin daha çox yağış yağıb".

U.Tağıyeva deyib ki, düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 102-179, Yuxarı-Qarabağ zonasında 30-38, Qazax-Gəncə zonasında 17-33, Ağdamda 85, Lənkəran-Astara zonasında 88-181, Neftçalada 221, Quba, Qusar, Qırız, Xaçmaz zonasında 74-90, Qubada 150, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Qırız rayonlarında 25-89, Mərəzədə 112, Mərkəzi-Aran rayonlarında 32-89, Beyləqanda 113 faiz təşkil edib.

Onun sözlərinə görə, son 15 il ərzində havanın orta aylıq temperaturu (2004, 2005, 2007, 2010, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018) 11 il iqlim normasından yüksək olub.

Havanın orta aylıq temperaturu (2006, 2008, 2009, 2012) 4 il iqlim normasından aşağı olub. Fevralda havanın orta aylıq temperaturu (2005, 2006, 2008, 2011, 2012, 2014, 2017) 7 il iqlim normasından aşağı olub. Havanın orta aylıq temperaturu (2004, 2009, 2010, 2013, 2016, 2018, 2019) 8 il iqlim normasından yüksək olub: "Son onilliklərdə fevral ayında ən soyuq gün 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün minimal temperatur Bakıda mənfi 11 dərəcəyədək aşağı enib. Ən isti gün isə 2005-ci il fevralın 28-də qeydə alınıb - 23.2 dərəcə. 2020-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün sonunda hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir”.

Xəbər 1378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +