Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


27.12.2019  11:07 

“Hacıbala Abutalıbov abidələri sökdü, sonra da sakitcə çıxıb getdi” - Memardan Baş plan ittihamları





A+  A-

Gəncə şəhərinin Baş plan layihəsinin hazırlanması ilə bağlı yekun nəticə bəlli olub.
Belə ki, bu öhdəlik Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəhbərlik etdiyi konsorsiumun üzərinə düşüb. İşin dəyəri 4 milyon 216 min manat müəyyən edilib.

Məlumdur ki, Bakının da uzun illərdir Baş plan problemi var.

Maraqlıdır, şəhərlərin Baş planı niyə “unudulur” və ancaq tikinti-söküntü işlərindən sonra bu konseptual sənəd yada düşür? Baş planın bütün bu proseslərdən əvvəl hazırlanması mümkün deyil?

XəzərNews.az-ın məlumatına görə, “Tarix-mədəni və təbii irsi qoruma İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, ayrı-ayrı qurumlar həmahəng işləməlidir:

“Bizdə bu olmadığı üçün Baş planın hazırlanması başa çatmır. Onları da başa düşürəm, bəzi şeylər onlardan asılı deyil. Bir neçə il əvvəl şəhərin yarısını hələ də ortada olmayan Baş plana uyğun sökdülər. Hacıbala Abutalıbov deyir ki, tramvayı AXC hakimiyyəti söküb. Halbuki belə deyil. 2000-2004-cü illərdə biz nə qədər yazdıq ki, bu, texnoloji abidədir. Dünyada abidələrin çoxlu növü var, yəni ancaq memarlıq deyil. Ancaq dinləyən olmadı. Hərə öz sahəsində sistem yaratmır. Məsələn, Hacıbala Abutalıbov əvvəlcə İcra Hakimiyyətində idi. Heç nə olmamış kimi sakitcə buraxdılar, o da çıxıb getdi. Onun dövründə nə qədər abidələr söküldü. Minlərlə insanı Baş plan deyərək yerlərindən etdilər. Kimlər cavabdehdir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir ağac üçün 5-10 min cərimə tətbiq edir. Bəs bu binalar?”

Aytəkin İmranova qeyd edib ki, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı ən ideal variantdır:

“Sual ünvanlayanda nə hökumət, nə Bakı şəhər İcra Hakimiyyəti cavab verir. Abidələrin mühafizəsi ilə əlaqədar təxminən 11-12 il əvvəl sərəncamlar, fərmanlar verilib. Tender gizli kabinetdə olmamalıdır. Hamının məlumatı olmalıdır. Bəlkə çox yaxşı ideyası olan və fərdi işləyən memar var, onun bunlardan xəbəri olmalıdır ki, fikrini bildirsin. Prezidentin ard-arda neçə fərmanı, sərəncamı var, niyə bir çoxları öhdəliyini yerinə yetirib icrasına nəzarət etmir?

10 ildən çoxdur Baş plan elə sözdə var, hələ də ortalıqda yoxdur. İcra Hakimiyyəti bir-iki il qabaq bəyənmədi, təzədən hazırlamalı oldular. Hər bir iş maliyyə əsasıda qurulur. Dünya ölkələri çalışırlar ki, iş keyfiyyətli , maliyyə isə mümkün qədər az olsun. Bizdə isə böyük pullar sərf olunur. Əvvəl yolu dar edir, sonra böyüdür, sonra təkrar darlaşdırırlar. Ya peşəkar deyillər, ya da başqa maraqları var”.

Xəbər 990 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +