Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.08.2019  15:26 

Elina Hacıyevanın ölüm işində yenilik var





A+  A-

Bakıdakı 162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm işində təqsirləndirilən şəxs kimi tanınan həmin məktəbin keçmiş direktoru Sevinc Abbasovanın yenidən həbsi istənilir.
XəzərNews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu gün, avqustun 7-də Səbail Rayon Məhkəməsində S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs ilə əvəzlənməsinə dair şikayətin verilməsi ilə bağlı müddətin bərpası üçün müraciətə baxılıb.
Bu ilin iyulunda zərərçəkmiş tərəf S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs ilə əvəzlənməsi ilə bağlı apellyasiya məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə şikayətin vaxtının ötməsini səbəb kimi göstərərək, onu təmin etməmişdi.
Bu gün, avqustun 7-də keçirilən prosesdə məhkəmə zərərçəkənin nümayəndələrinin müddətin bərpası ilə bağlı müraciətlərini təmin edib və işi yenə Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Şikayətə avqustun 8-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə baxılmalıdır.
Hələlik, prosesdə baş verən bu dönüşə S.Abbasova və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb.
Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb. «Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

Xəbər 2168 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +