Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.05.2019  17:45 

Uşaq bağçasına ayrılan pulları oğurlayan məmura cəza verildi





A+  A-

Saatlı rayon icra başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Oqtay Zülfüqarova cinayət işi açılıb.
XəzərNews.az xəbər verir ki, o, icra başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyi dövrdə kənd körpələr evi - uşaq bağçasına ayrılmış ərzaq məhsullarının silinməsində və sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə ittiham edilir.

Belə ki, təqsirləndirilən şəxs 2015-ci ildə 3 ərzaq növü üzrə - qurudulmuş meyvələr 120 manat, qənnadı məmulatları 139,20 manat, yarmalar və makaron məmulatı 207,08 manat olmaqla cəmi 466,28 manat, 2016-cı ildə 2 ərzaq növü üzrə - qurudulmuş meyvələr 40,00 manat, yarmalar və makaron məmulatı 448,50 manat olmaqla cəmi 488,50 manat, 2017-ci ildə 3 ərzaq növü üzrə - çay 11,20 manat, qənnadı məmulatları 104,04 manat, yarmalar və makaron məmulatı 262,49 manat, tomat 0,94 manat olmaqla cəmi 378,58 manat, ümumi məbləği 1333,36 manat təşkil edən ərzaq məhsullarının əsassız olaraq sinilməsinə nail olub.

Oqtay Zülfüqarov həmin vəsaitdən 618,06 manat məbləğini nağdılaşdırıb mənimsəmə yolu ilə talayıb.

Təqsirləndirilən şəxs Novruzlu kənd Körpələr evi-uşaq bağçasının həyətyanı sahəsində su hovuzu və köməkçi qurğuların tikintisi üçün ona verilən 2125 manat pul vəsaitindən 1500 manatını təyinatı üzrə, yəni su hovuzu və köməkçi qurğuların tikintisi üçün istifadə etməyərək, həmin məbləği qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talayıb.

Həmçinin Oqtay Zülfüqarov bağçaya dəftərxana və təsərrüfat xərclərinə dair dövlət büdcəsindən ayrılmış 3196 manat pul vəsaitin mənimsəmək məqsədi ilə bir qədərini təyinatı üzrə xərcləyib. Lakin 1463 manat məbləği mənimsəyib.

Saatlı rayon Məhkəməsinin hökmünə görə, O. Zülfüqarov barəsində bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması və iki min manat miqdarda cərimə cəzası verilib.

Həmçinin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməklə bağlı qərar qəbul edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsində onun şikayəti qismən təmin edilib. Saatlı rayon Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən ona ümumilikdə 5 min manat cərimə cəzası verilib.

Xəbər 945 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +