Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


22.02.2019  09:57 

Damladan intim video ilə bağlı açıqlama: “Hər şeyi oğluma başa salmışam”





A+  A-

Sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim video yayılıb.
XəzərNews.az xəbər verir ki, günlərdir “Whatsapp” qruplarında yayılaraq geniş müzakirələrə çevrilən görüntülərdəki xanımın Damla olduğu deyilir.

Mövzu ilə bağlı sənətçinin meneceri ictimaiyyətə açıqlama yayıb. O, sözügedən kadrların müğənniyə aid olmadığını bildirib:

“Hörmətli media nümayəndələri, nə mən, nə də Damla xanım Azərbaycandan köçüb. Zəng edib soruşmaq, aydınlaşdırmaq olardı. Bu videodakı Damla deyil. O qıza diqqətlə baxın. Videoda xanım xarici dildə nələrsə danışır. Damla heç vaxt elə kilolu olmayıb, dişlərinə diqqət edin. Damla xanımın dişləri burun əməliyyatından sonra, yəni 30.05.2018 - ci il tarixində vinir olub və o, əməliyyatdan öncə az kilolu olub. Amma qızın burnu və dişləri göz önündədir. Damla xanımın heç zaman saçları “kare” və qısa ölçülü olmayıb. Qulaq və üz forması, bədəni, görünüşü də göz önündədir. Xalqın sənətçisini, milyonların sevilən müğənnisini, Azərbaycan qadınını və ən başlıcası ana olan bir qadını belə şərəfsizcə əzməyə çalışmaq olmaz! Mübarizəniz varsa, kişi kimi aparın, şər- böhtanla yox”.

Damla da “Qafqazinfo”ya açıqlama verərək videodakı xanımın o olmadığını qeyd edib:

“Mən nə edə bilərəm? Haqqımda yalan məlumatlar yayılıb. Bir, iki deyil, bu boyda telefonlardan, insanların əlindən həmin görüntüləri necə yığışdıra bilərəm? Mən deyiləm, burada nə günahım var? Başıma bu oyunu açanı Allaha həvalə edirəm. Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam”.

Damlanın menecerinin yaydığı açıqlamadan sonra şou-biznes üzvləri də sənətçiyə dəstək olub. Onlardan Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, Emil Bədəlov, Türkan Vəlizadə, Vüsalə Əlizadə, Lamiyə Ələkbərova, Sevil - Sevinc Səfərova və başqaları sosial şəbəkədə ifaçıya dəstək olublar.



Xəbər 1858 dəfə oxunub.




11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +