Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


17.12.2018  18:45 

“Nar” jurnalistləri bir araya topladı





A+  A-

“Nar” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə mətbuat nümayəndələrini bir araya toplayıb və onlar üçün növbəti dəfə əyləncəli bilik yarışması təşkil edib.
XəzərNews.az xəbər verir ki, tədbirdə 55-dən çox media orqanını təmsil edən 100-ə qədər jurnalist iştirak edib. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixinə aid müxtəlf suallar təqdim olunub.

“Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov media nümayəndələrini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib və bildirib ki, “Nar” mediaya yönəlmiş layihələrini növbəti il də reallaşdıracaq.

2 saatdan çox davam edən bilik yarışmasında 18 komanda iştirak edib. “Sophianın Azərbaycandakı dostları” komandası 1-ci, “Yeni Müsavat” komandası 2-ci, “Komandos” komandası isə 3-cü yeri tutublar. Qalib komandalar “Nar”-dan xüsusi hədiyyələr qazanıblar. Bundan başqa, tədbir zamanı xüsusi əyləncəli müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 979 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +