Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.10.2018  15:56 

“Bəzi insanlar bu şərəfli missiyanı ləkələmək üçün hər cür vasitələrə əl atırlar“





A+  A-

"Mətbuat Şurası ölkədə söz və mətbuat azadlığının qorunması, jurnalistlərin peşə etikasının tələblərinə uyğun davranması üçün kifayət qədər fəallıq nümayiş etdirir”.
XəzərNews.az bildirir ki, bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev deyib.

Baş redaktorun sözlərinə görə, qurumun fəaliyyətinin əsas məqsədi dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin, etimadın möhkəmləndirilməsidir. Ancaq təəssüflər olsun ki, bəzi insanlar bu şərəfli missiyanı ləkələmək üçün hər cür vasitələrə əl atırlar:

"Son günlər həbsi müzakirə olunan "Reallıq.info”ya və daha 5-6 sayta rəhbərlik edən İkram Rəhimov onlardan biridir. Bu adamla bağlı demək olar ki, hər iclasda hansısa şikayəti müzakirə etmək məcburiyyətində qalırdıq. Son iclasımızda onun "reket” saytları ilə bağlı şikayət daxil olmuşdu.

Lakin həmin saytın adı əvvəllər də "qara siyahı”ya düşdüyü üçün müzakirə olunmadı və şikayət edən tərəfə bu barədə məlumat verildi. İki gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İkram Rəhimovu saxladı. Səbəbi odur ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayırmış. Bu tip insanlarla bacarmaq çox çətindir. Onlarla bağlı daxil olan şikayətlərə baxılan zaman səhvlərini etiraf edirlər, bir müddət keçir yenə də həmin səhvləri təkrarlayırlar.

Özləri də görürlər ki, Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları tam şəffaf həyata keçirilir. Şikayətlər komissiyası kifayət qədər medianı bilən, illərdir bu sahədə çalışan İdarə Heyəti üzvlərindən təşkil olunub”.

N.Niftiyev bildirib ki, daxil olan hər bir şikayətə tərəflərin iştirakı olmadan baxılmır:

"Komissiya üzvləri şikayət olunan konkret yazını müzakirə edir və rəylərini bildirirlər. Yəni Şura yalnız mətbuatda getmiş konkret hadisələr və materiallarla bağlı şikayətlərə baxır. Qurum yalnız öz səlahiyyətlərinə aid olan işləri qəbul edir və araşdırır. Bütün bu proses həm yazıdan şikayət edən tərəfin və ya nümayəndəsinin, həm də yazının getdiyi sayt rəhbərinin iştirakı ilə baş tutur. Komissiyada qəbul olunan qərarlar Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına uyğun qəbul edilir”.

Ekspert vurğulayıb ki, vətəndaşların şəxsi həyatına aid faktlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan jurnalist onları yaya bilməz:

"Təəssüf ki, son aylar komissiyada baxdığımız bir çox işlərdə bəzi internet saytları tərəfindən kifayət qədər qarşı tərəfin təhqir olunması, məsələyə heç bir aidiyyatının olmamasına baxmayaraq onların ailə üzvlərinin adlarının, fotolarının məlum saytları "bəzəməsi”, qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi hallar müşahidə edilməkdədir”.

Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.

Xəbər 1718 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +