Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.08.2018  11:06 

Məmur-vətəndaş münasibətləri müzakirə edilib - Füzulidə





A+  A-

Horadiz şəhərindəki Muğam Mərkəzində Füzulidə məmur-vətəndaş münasibətləri müzakirə edilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, bununla bağlı ümumrayon müşavirəsi keçirilib. Müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak edib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 1994-cü ildən bu günə kimi görülən işlər həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb. Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlanılır, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.

Alı Alıyev Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözləri Füzuli rayonunda bütün idarə, müəssisə və təşkilatların əsas fəaliyyət prinsipi olmalı, məmurlar vətəndaşlara xidmət etməlidir.

Rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Alı Alıyev rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyev bizə inanaraq, bizə bu vəzifəni daşımağı həvalə edib. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri insanlarla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verməməlidirlər. Prezident İlham Əliyevin dediyi kimi məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluqla məşğul olmamalı, dövlətə, müstəqilliyə sadiq olmalıdırlar.

Müşavirədə rayon Prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsi rəisinin müavini Xəyyam Mirhüseynov, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, Notarius Fəxrəddin İbədullayev, ƏƏSMN-nin rayon şöbəsinin müdiri Zəfər Hətəmov, Telekommunikasiya qovşağının rəisi Yavər Məmişov, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətləri ilə bağlı çıxış ediblər.

Müşavirəyə yekun vuran Alı Alıyev Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, yerlərdə onlarla keçirilən səyyar-qəbul görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı, müavinlər və şöbə müdirləri mütəmadi olaraq füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında, o cümlədən rayonun iri yaşayış məntəqələrində əhali ilə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır. Əsas müraciətləri yerində həll olunan əhali başqa təşkilatlara müraciət etmir, əziyyət çəkmirlər.

Qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılması işinin keyfiyyətinin yaxşılaşdırılmasında son illərdə dövlət hakimiyyəti orqanlarında tətbiq edilən yeniliklər, idarəetmənin müasir forma və metodları böyük rol oynayır.

Alı Alıyev vurğulayıb ki, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin, qayğılarının həll edilməsi rayonda vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra edilməsi deməkdir.



Xəbər 1170 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +