Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


04.07.2018  14:46 

Metroda son durum – RƏSMİ





A+  A-

Qatarların hərəkəti üçün tələb olunan elektrik enerjisinin "Bakı Metropoliteni" QSC-yə verilişinin dayanıqlığı təmin edildiyindən, saat 13:10-dan metropolitenə sərnişinlərin stansiyalara daxil olmasına və bütün istiqamətlərdə qatarların hərəkətinə icazə verilib.
Bu barədə XəzərNews.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişindaşıma fəaliyyətini bərpa edən Bakı metropoliteni qatarların hərəkətini, iyulun 1-dən tətbiq olunan yay hərəkət qrafikinə uyğun olaraq, təmin edib:

“Bakı Metropolitenində səhər saatlarından başlanan test rejiminin, ələlxüsus qatarların hərəkətinin müvafiq sərnişindaşıma parametrləri səviyyəsinə çatdırılmasının, eləcə də metropolitenin digər infrastrukturunun sərnişindaşımaya hazırlığının adi iş rejiminə uyğunlaşdırılması səbəbilə normal iş qrafikinin tətbiqi dərhal təmin edilib”.

Qeyd edək ki, elektrik enerjisinin birinci dəfə kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə stansiyalar bağlandıqdan və az sayda olan sərnişinlərin mənzil başına çatdırıldığı vaxt baş verdiyindən onların təxliyəsi böyük çətinlik törətməyib. Xətlərdə hərəkət edən qatarlarda qalmış sərnişinlər, Bakı metropoliteninin müvafiq təlimat tələblərinə uyğun olaraq, hər hansısa problem yaşanmadan təxliyə edilib.

Dünən səhər saatlarında metropolitenin iki xətti – Yaşıl və Qırmızı xətləri normal rejimdə fəaliyyətə başlayıb. Yalnız Bənövşəyi xətdə, yəni "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında metropolitenə gələn elektrik xətlərində gərginliyin olmaması səbəbindən qatarların hərəkətini səhər saat 06:00-dan təmin etmək mümkün olmayıb. Gərginlik verildikdən sonra saat 08:32-də hərəkət təmin edilib. Lakin axşam saatlarında elektrik təchizatının yenidən kəsilməsi nəticəsində qatarlar hərəkətini davam etdirə bilməyib. Belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlər planına görə, stansiyalar sərnişinlərin girişinə bağlanıb və təxliyə tədbirlərinə başlanılıb. Metropolitenin normativ aktlarına uyğun olaraq, sərnişinlərin təxliyəsi ən qısa müddətdə uğurla başa çatdırılıb, tunellər yoxlanılaraq, hərəkətin bərpasına tam hazır vəziyyətə gətirilib.

Bu gün səhər saatlarında yerüstü nəqliyyatın üzərinə düşəcək sərnişindaşıma yükünün artan həcmi də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, paytaxtda bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Xəbər 967 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +