Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.06.2018  09:57 

“Elçibəyə abidə qoyulmalıdır” - Arif Rəhimzadə





A+  A-

“Bakıda Məhəmməd Əmin Rəsulzadəyə abidə mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir”.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O, bildirib ki, Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.

Parlamentdə etdiyi çıxış zamanı “Azərbaycanda dövlətçiliyin əsasını ruslar qoyub” fikrinə aydınlıq gətirən A. Rəhimzadə həmin iclasdan danışıb:

- O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub... Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı...

Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək?
İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara “malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil.

Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək?

Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.

Xəbər 1601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +