Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


07.06.2018  16:38 

Sərdar Cəlaloğlunun adı “reket jurnalistikası”nda hallandı





A+  A-

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu haqqında mətbuatda bir sıra məlumatlar yayılıb.
XəzərNews.az Modern.az saytına istinadən xəbər verir ki, həmin yazılarda partiya sədri "reket jurnalistikanın” hamisi adlandırılır. Qeyd edilir ki, S.Cəlaloğlu Azərbaycanın görkəmli şəxsiyyətlərini təhqir etməklə nüfuzunu bərpa etmək istəyir:

"Hər siyasi xadim öz fəaliyyətini gündəmə gətirmək üçün adətən müxtəlif siyasi proseslərə öz mövqeyini göstərməklə göstərir. 30 ilə yaxın siyasi fəaliyyəti olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son illərdə bitib-tükənən siyasətçi nüfuzunu Azərbaycanın görkəmli şəxsiyyətlərini təhqir etməklə bərpa etmək istəyir. Gündəmdə adının hallanmadığını gördükcə S.Cəlaloğlu gah Səməd Vurğun, Molla Pənah Vaqifi xəyanətkar adlandırır, gah Azərbaycan və Şərq klassik şeirinin banilərindən olan Məhəmməd Füzuliyə tənqidlər yağdırır. Düzdür, hər belə bəyanatlardan sonra Azərbaycanın ədəbi mühiti onu tənqidlərə məruz qoyur, bu gün üçün sözü olmayanların adətən dünəni topa tutmaqla gündəmdə qalmağa çalışdığını bəyan edirlər.

Bir çox hallarda isə ADP sədri sərsəmləmələrini elə öz qohum-əqrabasının, yaxın ətrafının yaratdığı saytlarda yayıb, ordan ictimaiyyətin ixtiyarına buraxır. Onun qardaşı oğlu Vüqar Məmmədov hurriyyet.org, ADP sədrinin köməkçisi olmuş Daşqın Nuriyev isə turaninfo.org və muxalifet.az saytlarında Sərdar Məmmədovdan (Cəlaloğlu) nümunə götürərək jurnalistikanın adına ləkə gətirən fəaliyyəti göz qabağındadır. Jurnalistika sahəsində heç bir səriştəsi olmayan V.Məmmədov və D.Nuriyev uzun müddətdir Azərbaycan dövlətinin, Mətbuat Şurasının mübarizə apardığı reketçilik işini durmadan davam etdirirlər. Xəbər resursunu kimlərəsə şər atmaq üçün istifadə edən bu şəxslər cəzasız qalmasından istifadə edərək eyni böhtan xarakterli məlumatları təkrar-təkrar yaymaqla özlərinə qurban seçdikləri şəxsləri hədəfə alırlar.

Əldə etdiyimiz məlumata görə, Sərdar Məmmədova arxalanan bu şəxslər rəsmi dövlət qurumlarından da olunan xəbərdarlıqlara məhəl qoymur, əksinə təhdid xarakterli bəyanatlar edirlər.

Qeyd edək ki, Mətbuat Şurasında medianın "üz qarası” olan şəxslərlə mübarizə genişlənəndən sonra bir çox şəxslər bu fəaliyyətdən daşındılar. Zarafat deyil, Şurada "reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərinin artırılması ilə həmin Komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Maraqlısı odur ki, bütün bunlara rağmən Sərdar Məmmədovun "çetesi”nin özfəaliyyəti nəinki dayanmayıb, əksinə daha geniş vüsət alıb”.

Xəbər 858 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +