Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


20.04.2018  14:54 

İçməli su təminatında dəyişikliklər olacaq





A+  A-

Azərbaycan prezidenti İlham Əliyevin istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən, “Azərsu”ya 15 milyon vəsait ayrılıb. Bu sərəncamdan irəli gələn məsələlərin icrasına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti binadaxili kommunikasiyalarin yenilənməsi, yeni su xətlərinin çəkilişi və abonentlərin su sayğacları ilə təmin edilməsinə başlayıb.
XəzərNews.az-ın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a deyib ki, bu işlərin bir sıra müsbət üstünlükləri var:

“İlkin olaraq istismar müddətini başa vurmuş borulardan xilas olunacaq, suyun təminatında, dayanıqlılığında və keyfiyyətində irəliləyiş baş verəcək;

İkincisi, binaların zirzəmilərində ekoloji-sanitar vəziyyət stabilləşəcək, köhnə borulardan su sızması, su qalıqlarının yığılması halları baş verməyəcək və s.;

Üçüncüsü, binaların özülünün möhkəmliyi qorunacaq;

Dördüncüsü, su itkiləri minimumum enəcək;

Beşincisi, satılan suyu həcmi artacaq;

Altıncısı, bütün abonentlər su sayğacı ilə təmin olunduğundan dəqiq uçot aparılacaq;

Yeddincisi, bu yığımların artımına böyük təsiri edəcək. Məsələn, sayğac mənzildə olanda ev sahiblərinin bəziləri sayğacın oxunmasına imkan yaratmırlar, yəni qapını açmırlar. Qapı açılmayanda da əməkdaşlarımız vəzifəsini icra edə bilmir. Halbuki, “Su təchizatı haqqında” Qanunda göstərilib ki, abonent, əməkdaşımızın vəzifəsini yerinə yetirməsi üçün lazımi şərait yaratmalıdır”.

Qurum rəsmisi bildirib ki, buna qədər sayğaclar mənzildə yerləşdirildiyindən borclu abonentlərin su təminatının fərdi qaydada dayandırılması da mümkün olmurdu: “Layihənin reallaşmasından sonra bu kimi problemlər tamamilə aradan qalxacaq. Ən əsası hidravlik rejimləri təmin etməklə, bu gün qrafiklə su alan binaların əksəriyyətinin fasiləsiz - 24 saat su təminatına nail olunacaq. Həmçinin, layihə Bakda, Şirvanda, Sumqayıtda və bəzi rayon mərkəzlərində icra ediləcək. Bakıda Binəqədi, Sabunçu, Suraxanı, Yasamal və s. rayonlarda işlərimiz davam edir. Nizami rayonunda işlər tam yekunlaşmaq üzrədir. İndiyə qədər 5 mindən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub ”.

A.Cəbrayıllının sözlərinə görə: “Azərsu” ASC-nin hazırda 1 milyon 410 minə yaxın abunəçi var ki, onların da 78,1 faizi sayğacla təmin edilib. Strateji yol xəritəsində də göstərilib ki, bütün abonentlər sayğacla təmin olunmalıdır".

Xəbər 1477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +