Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.04.2018  17:01 

Narkobaron azadlığa necə çıxdı? - VİDEO





A+  A-

2017-ci ilin mart ayında 6,6 kq narkotika ilə həbs olunan Elşən Məmmədov azadlıqdadır.
XəzərNews.az bildirir ki, Azadinform-a daxil olan məlumata görə, bu barədə Sirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən məhkəmə baxışında qərar verilib.

Qeyd edək ki, 2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilərkən onun evindən və “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşınından küllü miqdarda narkotik maddə aşkarlanaraq götürülmüşdü. Həmin vaxt polisin həyata keçirdiyi bu mühdiş əməliyyat ölkənin aparıcı media qurumlarında ictimailəşdirildi, Elşən Məmmədovun evindən götürülən 6,6 kiloqrama qədər narkotika, 7,72 qram narkotik vasitə olan çətənə bitkisinin toxumları böyük rezonans doğurdu. (http://apa.tv/video/38612)



Məlumatlarda qeyd olunurdu ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əmələ görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilib, rayonda yenidən narkotika satışı ilə məşğul olmağa başlayıb. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılmışdı.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Elşən Məmmədovun cinayət işi apelyasiya şikayəti əsasında baxılmaq üçün Sirvan Apellyasiya Məhkəməsində (iş nömrəsi: 1(106)101/2018) hakim Ələsgər Novruzovun icraatına verilmişdir.



Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan rayonu Polis İdarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik etmiş kənd sakinlərinə, hal şahidlərinə müxtəlif suallarla psixoloji təzyiq göstərmişdir. Hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə şikayət məktubu da yazmışlar.

Həbsi ilə ölkə gündəmini zəbt edən E.Məmmədovun azadlığa çıxması da bir o qədər maraqlıdır.

Mövzunu davam etdirəcəyik.


Xəbər 2454 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +