Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.02.2018  17:53 

Prezidentin köməkçisi: “Diasporun əsas vəzifəsi...“





A+  A-

Diasporun əsas vəzifəsi Azərbaycan həqiqətlərini və cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasətin nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin bu gün Amsterdamda keçirilən növbədənkənar iclasında çıxışında deyib.

Ə.Həsənov qeyd edib ki, ermənilərin Xocalı soyqırımını törətməkdə məqsədi azərbaycanlıların gözünü qorxutmaq, onları öz doğma yurdlarından kütləvi şəkildə didərgin salmaq və o torpaqlarda özlərinin mənfur niyyətlərini həyata keçirmək olub:

“Azərbaycan dövlətinin, diaspor təşkilatlarının qarşısında dayanan əsas vəzifə Azərbaycan həqiqətlərini və cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasətin nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bunu reallaşdırmaq o qədər də asan deyil, çünki ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyəti həyata keçirir, bu məqsədlə dünyanın, o cümlədən Avropanın ayrı-ayrı ölkələrində anti-Azərbaycan yuvaları qurur və müxtəlif vasitələrlə ora xarici ölkələrin aparıcı KİV-lərini, onları təmsil edən jurnalistləri, anti-müsəlman, anti-türk ovqatlı siyasətçiləri, xarici ölkələrdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən QHT-ləri cəlb edirlər. Onların yaratdığı anti-Azərbaycan koalisiyası çox güclüdür. Azərbaycan dövləti, cəmiyyəti, Azərbaycanı təmsil edən diaspor təşkilatları bu güc qarşısında qəhrəmanlıqla fəaliyyət göstərir və mübarizə aparır”.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, son vaxtlar ermənilər Dağlıq Qarabağda yürütdükləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adlı aksiya altında keçirirlər: “Brüssel, London, Paris, Moskva və ABŞ-da böyük fondlar yaradıblar. Xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları, erməni lobbisi, imkanlı ermənilər, yəni xarici ölkələrin vergi ödəyiciləri hesabına harınlamış, varlanmış ermənilər bu fondlara pul köçürür, onların vasitəsilə “Artsaxı tanıdaq” aksiyasını həyata keçirirlər. Bu aksiyanın mahiyyəti ondan ibarətdir ki, xarici ölkələrdəki ən məşhur jurnalistləri, siyasətçiləri, keçmiş və indiki dövlət xadimləri, bloqerləri Ermənistana, oradan da Dağlıq Qarabağa aparsınlar və göstərsinlər ki, baxın, guya Dağlıq Qarabağda formalaşmış bir cəmiyyət, dövlət var, azərbaycanlılar bunu pozmaq istəyir, bura yenidən hücum etməyə, qırğın törətməyə çalışırlar. Yəni olmayan şeyləri dünyaya təlqin edərək anti-Azərbaycan ovqatını gücləndirmək məqsədi güdürlər”.

Ə.Həsənov Ermənistanın militarist siyasətinə də toxunub: “Ermənilərin militarist siyasəti bizi məcbur edir ki, bəzən dinc məqsədlər üçün istifadə edəcəyimiz vacib maliyyə vəsaitini silahlanmaya yönəldək, çünki Azərbaycanın təhlükəsizliyi bizim üçün önəmli məsələdir”.

O vurğulayıb ki, hazırda Azərbaycan Ordusu regionun texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək ordusu hesab olunur: “Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içərisində torpaqlarımızı işğaldan azad etmək gücündəyik. Ordumuzun hərbi-texniki hazırlığı o səviyyədədir ki, qarşısına qoyulan bütün vəzifələri yüksək səviyyədə icra edə bilər. Amma biz militarist siyasət yürütmürük, biz yalnız öz torpaqlarımızı geri istəyirik, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvalarına qaytarmaq, o əraziləri bərpa etmək istəyirik”.

Ə.Həsənov həmçinin qeyd edib ki, bu gün Azərbaycan Avropa İttifaqının həyata keçirə bilmədiyi NABUCCO layihəsini Türkiyə ilə birlikdə həyata keçirir: “Son dövrlərdə artıq tərəfdaşlarımız da bu layihəyə - “Cənub Qaz Dəhlizi”nə qoşulub. Bu layihə Avropaya yeni enerji təhlükəsizliyi nəfəsi verəcək. Ermənilər bir sıra ölkələrdə, hətta Azərbaycan qazına böyük ehtiyacı olan ölkələrdə “Cənub Qaz Dəhlizi”nin əleyhinə aksiyalar keçirir, ayrı-ayrı satqın media orqanlarından da istifadə edib bu layihənin əleyhinə kampaniya aparırlar”.

Xəbər 1073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +