Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


22.02.2018  15:54 

XİN Edvard Nalbəndyana cavab verdi





A+  A-

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Avropa Parlamenti xarici əlaqələr komitəsində 21 fevral 2018-ci il tarixli çıxışına cavab verib.
XəzərNews.az xəbər verir ki, XİN sözçüsü bildirib ki, Ermənistan xarici işlər naziri Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik:

"Dövlətlərin ərazi bütövlüyü, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət müasir beynəlxalq münasibətlərin təməlini təşkil edir. Bunun əksi beynəlxalq münasibətlərdə xaos və keçən əsrin 30 və 40-cı illərinə qayıtmaq deməkdir.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın aqressiv erməni separatizmi meylləri əsasında birtərəfli qaydada Azərbaycandan ayrılması cəhdlərinin SSRİ qanunlara zidd olması etməsi ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu.

Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir.

Ermənistan xarici işlər naziri ölkəsinin Azərbaycana qarşı ərazi iddiaları və hərbi gücdən istifadəsinə bəraət qazandırmaq üçün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı institutlarının sənədlərini təhrif etməkdən çəkinmir.

Ermənistan xarici işlər nazirinin istinad etdiyi BMT Nizamnaməsi və Helsinki Yekun Aktında gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır və güc yolu ilə ərazi əldə edilməsini qadağan edir.

Çıxışında Ermənistan xarici işlər naziri intensiv danışıqlara və gərginliyin azıldılması məsələlərinə də toxunur. Gərginliyin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Gərginliyin və hərbi risk amilinin aradan qaldırılması üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması lazımdır.

Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür".

Xəbər 1312 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +