Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.01.2018  10:07 

Ərdoğanın anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI





A+  A-

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb.
XəzərNews.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

NATO və ABŞ-dan dünən verilən son bəyanatlar isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatı üçün tək əngəl kimi görünən Vaşinqtonun da aradan qalxdığını göstərir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Qollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.

“Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, - o bildirib.

Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, “Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.

Xəbər 1137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +