Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.12.2017  09:48 

Süni intellekt insanlığa nə verəcək? - TƏHLÜKƏ





A+  A-

Çoxları düşünür ki, gündən-günə inkişaf edən texnologiya ilə birgə həyatımızın hər küncünə daxil olmağı bacaran süni intellekt insanlığın gələcəyini təhlükə altına atır.
XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, elm adamları 20-ci əsrin ortalarından bəri süni intellekt mövzusunda irəliləməyə çalışırlar. Ancaq beyinlərdə hələ də dəyişməyən iki sual var: Süni intellektin sonu nə olacaq və insanlar üçün hansı təhlükələr gətirəcək?

İlk sualın cavabı şahmat oynayan, hesablayan, danışa bilən robotların qabiliyyətlərini göstərməsilə birgə ortaya çıxsa da, kompüterdəki xüsusi proqramlar sayəsində müəyyən insan hərəkətləri edə bilən bu robotların nə kimi təhlükələr gətirə biləcəyi hələ də insanların maraq dairəsindədir.

Hətta gələcəkdə robotların insan öldürə, insanları qula çevirə biləcəkləri kimi narahatlıqlar belə baş qaldırmağa başlayıb. Yaddaş, öyrənmə, yaradıcılıq və sürətli hərəkətlər edə bilmə özəlliklərinə sahib robotlar, demək olar ki, bir insan kimi davrana bilir. Bəzən bu növ robotları filmlərin baş rolunda da görə bilirik.

Lakin Rusiya Milli Nüvə Araşdırmaları Universitetinin Ağıllı Fiberinternet Sistemləri bölməsinin professoru Aleksey Samsonoviç, xüsusilə, Hollivudda çəkilən bu cür filmlərin gerçəkçi olmadığını deyib:

"Robotlar hazırda insanlardan çox asılı haldadır. Bir insanı öldürə bilsə belə, daha sonra özü ortadan qalxar. Gələcəkdə onlar mədənlər çıxarma, fabrik inşa etmə kimi işləri edə bilərlər. Ancaq bu işlərin bizim yüzilliyimizdə baş verməyəcəyi 100 faizdir".

Bütün bunlarla yanaşı, robotlar gələcəkdə bir çox işlərdə işləyə biləcəklər ki, bu da insanları işsiz qoyacaq. Ancaq digər tərəfdən bəzi gündəlik işlərin robotlar tərəfindən yerinə yetirilməsi insanlara daha çox vaxt qazandıracaq və daha önəmli işlər görmək imkanı yaradacaq. Alimlər də bu faktı təsdiq edirlər.

Xəbər 853 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +