Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


15.11.2017  12:32 

“Fəzail Ağamalının həyat tərzi ona-buna sataşmaqdır”





A+  A-

Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının onun barəsindəki ittihamlara münasibət bildirib. F.Ağamalı deyib ki, oğlu Yalçının yol qəzası törətməsi haqda yalan məlumatı həmkarı İbrahimli ötürüb və bunu namərdlik adlandırıb.
XəzərNews.az-ın məlumatına görə, F.İbrahimli “Qafqazinfo”ya açıqlamasında həmkarına sərt cavab verərək bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır: “Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin oturaq danışaq. Ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. Onun tərcümeyi-halında elə şeylər var ki, gərək gündəmə çıxarmayasan. Özünə deyəcəm ki, mən bunları deyə bilərdim, amma demədim. Yerini və həddini bil.

İki aydan sonra Fəzail Ağamalı yatıb yuxuda görüb ki, guya mətbuatı mən öyrətmişəm. Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı. Məlum oldu ki, bu qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim. O, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Fəzail Ağamalı ömür böyü belə olub. Onun həyat tərzi ona-buna şər atmaq, sataşmaqdır. Oğlumu cinayətkar adlandırıb, bununla da hüquq-mühafizə orqanlarına böhtan atır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var”.

F.İbrahimli deyib ki, həmkarına görə daim adının əziyyətini çəkib: “Mən siyasətə gələnə qədər o “Fəzail” adını elə şumlamışdı ki, mən o adın altında yatan minaları təmizləməklə məşğul olmuşam. Harasa müraciət edəndə ilk növbədə adımı yox, soyadımı deyirəm. Onun adını çəkmək cəmiyyətdə ikrah hissi yaradır.

Niyə mənim yox, Fəzail Ağamalının adı hallandı? Çünki harda şər, pislik, mənfilik varsa, o yada düşür. O, özü də adı haqqında mənfi fikirdədir. Bu gün müsahibə verdiyi orqanda vaxtilə onun Türkiyədə əlində dolları hara sürtdüyünü göstərən şəkli yayılmışdı. Fəzail Ağamalı yaşına-başına yaraşmayan hərəkətlər edir. Təəssüf ki, 70 yaşlı kişi gündəmdə qalmaq üçün belə açıqlamalar verir”.

Xəbər 1212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +