Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.10.2017  13:07 

Türkiyəylə ABŞ arasında böhran böyüyür - Diplomat konsulluqda gizlənir





A+  A-

Türkiyə ilə ABŞ arasında diplomatik qalmaqal daha da böyüyür.
XəzərNews.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarının viza müraciətlərini dayandırdıqdan sonra Türkiyə də analoji addımı atıb. Türkiyənin Vaşinqtondakı səfirliyi bəyan edib ki, Ankaranın diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün belə bir qərar qəbul edib.

Xatırladaq ki, eyni məzmunlu açıqlama ilə türk vətəndaşlarına viza verilişini dayandıran ABŞ çıxış etmişdi.

İki ölkə arasında qalmaqal ötən həftə İstanbulda ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra yaranıb. Türkiyə hökuməti onu Fətulla Gülənlə əlaqələri olmasında ittiham etmişdi. Vaşinqton bunu əsassız və ikitərəfli əlaqələrə zərər vuran addım kimi dəyərləndirmişdi.

Bu gün isə Türkiyə Baş prokurorluğu ABŞ konsulluğunun daha bir əməkdaşı haqda həbs qərarı çıxarıb. Həmin şəxsin türk vətəndaşı olduğu və həyat yoldaşının FETÖ-nun çağırışından sonra Asiya Bankına pul yatdırdığı ortaya çıxıb. Konsulluqdan çıxmadığı üçün diplomatı saxlamaq hələ ki, mümkün olmayıb.

Xəbər 3123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +